Xəbər lenti
Sumqayıt məktəblərində pulyığma kampaniyası davam edir... – Nizami Namazovun menyüsünə bir-iki kəlmə əlavə...
Bu barədə dəfələrlə bəhs etmişik. Bu gün aldığı cüzi məvaciblə müəllimin normal dolana bilməməsi hər kəsə gün kimi aydındı. Verilən maaş onun çəkdiyi zəhmətinin çox az hissəsini qarşılayır. Müəllimin aldığı 150-200 manat maaşla “od tutub yanan” bazarın müqayisəsini aparanda, görürsən ki, o, yaşaya bilmir, repetitor fəaliyyəti və əlavə fiziki iş görməklə dolanışığını birtəhər təmin etməyə çalışır.
Bu gün yeni məktəb binalarının tikilməsi, müasir tədris metodikalarının və yeni texnologiyaların tətbiqi bu istiqamətdə müəyyən uğur və nailiyyətlərin əldə olunması üçün zəruri şərtlərdir. Ancaq bu görülən işlərə, atılan addımlara xələl gətirən, kölgə salan qədərincə neqativ hallar mövcuddur ki, bunun da qarşısı alınmır, ya da alına bilmir. Bu gün şəhər və rayonlarımızın orta məktəblərində müxtəlif səbəb və bəhanələrlə mütəmadi olaraq külli miqdarda pul yığılır. Bu heç bir direktora, yaxud az məvacib alan müəllimə haqq vermir ki, şagirddən pul istəsin, valideynin cibinə girsin. Bütün qadağalara, tapşırıqlara baxmayaraq, bu günlərdə də direktorların “xüsusi tapşırığına” əsasən orta məktəblərdə şıdırğı “pulyığma kampaniyası” start götürüb. Hətta, işlərini etibarlı və operativ həyata keçirən bir çox məktəblərdə “bu qarşısıalınmaz və təxirəsalınmaz iş” başa çatıb, hər kəs öz payını götürüb, oturub.
Aparılan kiçik araşdırma göstərdi ki, aidiyyatı qurumların xəbərdarlığına baxmayaraq, Sumqayıtdakı orta məktəblərin əksəriyyətində “xüsusi təlim” əsasında “Müəllimlər günü” münasibətilə pulyığma kampaniyası çox ustalıqla və “xətalara” yol verilmədən həyata keçirilir. Bu iş əsasən olduqca təcrübəli və peşəkarlara tapşırılır ki, “humanitar aksiyanı” səssiz-küysüz həyata keçirsinlər. Ancaq şair demiş, “qırqovul başını kolda gizlədib, amma quyruğundan xəbəri yoxdur”. Nə qədər ustalıq nümayiş etdirsələr də, “ev bizim, sirr bizim” məsəli fayda vermir. Məktəbdə pul yığıldığını çöldə də hər kəs bilir. Ancaq təəssüf ki, buna bir əncam çəkilmir. Niyəsini isə biz də bilmirik...Təssüf doğuran digər məsələ isə məktəblərdə bu iyrənc addımın valideyn komitəsinin sədrinin əli ilə həyata keçirilməsidir. “Peşəkar direktorlar” özlərinə sərf edən, onların dedikləri ilə oturub-duran valideyni sözügedən komitəyə sədr “seçdirir” və bununla da işini asanlaşdırır. Valideynlərə qarşı soyğunçuluğu həmin “sədr”lərin vasitəsi ilə asan həyata keçirirlər.
Bizim işimizi yazmaq, bu xoşa gəlməz halı ictimailəşdirməkdir. Tədbir görmək isə aidiyyatı qurumların borcudur. İnanırıq ki, Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazov valideynləri narazı salan, məktəblərdə neqtiv hallara rəvac verən direktor və müəllimlər barədə tezliklə hər-hansı bir tədbir görəcək! Onu da vurğulayaq ki, Sumqayıt məktəblərində “qiymətlər” müxtəlifdir. Bu, məktəbin yerləşdiyi ərazidən, "çəkisindən", direktorun “xüsusi hörmətindən” asılıdır. Hər şagirdin valideyni “Müəllimlər Günü”ndə 10, 20, 30... manata qədər pul ödəməlidir.
Sonda müqəddəs peşə sahibləri olan müəllimlərimizi qarşıdan gələn "Müəllimlər Günü" münasibətilə təbtik edir, işlərində və həyatlarında uğurlar diləyirik.(Sumqayitfakt.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar