Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Direktor məktəbə içkili gəlir, ya da gəlib məktəbdə içir" — QALMAQAL

Tarix: 14-09-2016 18:33     Baxış: 4568 A- / A+
"Direktor məktəbə içkili gəlir, ya da gəlib məktəbdə içir"


Xətai rayonu 30 saylı 7 illik musiqi məktəbinin bir qrup müəllimi müraciət edərək direktor Yusif Məmmədov və direktor müavini Fəxriyyə Quliyevadan şikayətçi olduqlarını bildiriblər.

Şikayətçilərin bildirdiklərinə görə, Y. Məmmədov tez-tez məktəbə içkili vəziyyətdə gəlir. Hətta onlar iddia edirlər ki, direktor məktəbdə də spirtli içki qəbul edir:

"Saat 4 olmamış çıxıb gedir, o gedən kimi də ardınca müavini gedir. Dərs ili başlayan kimi uşaqlardan 20 manat pul yığıldı. Ardınca isə iclas keçirdi ki, 5 manatdan yığılmalıdır. Guya həmin pulla pəncərələri düzəltdirəcək. Müəllimlərdən bəziləri etiraz etdilər ki, axı 5 manatdan yığılanda 500 manat pul edir. Gördü ki, pulun qanunsuz yığıldığını başa düşmüşük, dedi ki, eybi yox, 30-40 nəfər versin, bəsdir. Bu yaxınlarda dərs bölgüsündə vəziyyət o yerə çatdı ki, bir müəllimin ürəyi getdi, məktəbə təcili yardım çağırdıq. Sonra başqa bir müəllim də direktor və müaviniylə danışanda otaqdan qovublar ki, çıx bayıra, indi sənin də ürəyin gedər".

Müəllimlərin sözlərinə görə, direktor müavininin təxminən 15 nəfərdən ibarət "qara siyahı"sı var və o siyahıya düşən şəxslər normal dərs saatı ala bilmirlər:


"Götürüb 7-8, ən yaxşı halda 10-11 saat dərs yazır. Bu da heç yolpulumuz eləmir. Qalan saatları da bilmirik nə edir. Bildiyimizə görə, əvvəl işlədiyi 25 nömrəli məktəbdə belə şeylərə görə onun direktorla ciddi problemi olub. Hətta orada işləyən bəzi müəllimlər iddia edirlər ki, guya onlardan pul alırmış. Sonra söhbət direktora çatıb, narazılıq yaranıb. Həmkarlar Komitəsi üçün aylıq əməkhaqqımızdan pul çıxılır. Bəs bu 20 manat, 5 manat nə üçündür?"

Şikayətçilər bildirirlər ki, direktor müavini müxtəlif vasitələrlə müəllimlərə təzyiq göstərir:

"Əvvəl deyirdi ki, yuxarıdan tapşırıblar ki, müəllimlərin bir qismini işdən çıxardın. Sonra dedi ki, özümüz daxili attestasiya edəcəyik. Bunlar hamısı bizə təzyiq üçündür. Bu adam əvvəlki iş yerində dərs bölgüsü aparmayıb. İndi ona görədir ki, bir adam 30 saat dərs alır, o biri adam 6 saat". Ölkə.az.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar