Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı bulvarında QADIN POLİSLƏR -FOTO

Tarix: 02-10-2017 14:49     Baxış: 6366 A- / A+
Bakı bulvarında QADIN POLİSLƏR


Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi əsasında əhalinin və turistlərin ən çox istirahət etdiyi yerlərdən biri-Dənizkənarı Milli Parkda təhlükəsizliyin, əmin-amanlığın formaca yeni müstəvidə təmin edilməsi məqsədi ilə qadın polis əməkdaşları da bayram və istirahət günlərində xidmətə cəlb ediliblər.

Manevr.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətindən lent.az-a bildirilib ki, bu məqsədlə sentyabrın 30-dan Əlahiddə Çevik Polis Alayının qadın əməkdaşları kişi həmkarları ilə birlikdə Dənizkənarı Milli Parkda xidmətə başlayıblar. Xidmətdən əvvəl onlara müvafiq təlimat verilib, insanlarla ünsiyyət zamanı Daxili İşlər Orqanları Əməkdaşlarının Etik Davranış Kodeksinin müddəalarının xüsusi diqqətdə saxlanılması, polisin işgüzar imicinin və yüksək nüfuzunun qorunmasının vacibliyi bir daha nəzərlərinə çatdırılıb.
Qeyd edək ki, insan hüquq və azadlıqlarının qorunması, milli qanunvericilikdən, nazirliyin müvafiq əmr və göstərişlərindən, digər normativ-hüqüqi aktardan irəli gələn vəzifələrin icrası, vətəndaş-polis münasibətlərinin daha da təkmilləşdirilməsi, həmçinin gender balansının gözlənilməsi DİN rəhbərliyinin daim diqqət mərkəzində saxladığı prioritet istiqamətlərdəndir.
Yeri gəlmişkən hazırda daxili işlər orqanlarında 3300-ə yaxın qadın əməkdaş xidmət aparır. Onlar əsasən Daxili Qoşunlarda, Əlahiddə Çevik Polis Alayında, istintaq, təhqiqat, kadrlar və yetkinlik yaşına çatmayanlarla iş, pasport-qeydiyyat, informasiya-kommunikasiya, statistika, beynəlxalq əməkdaşlıq, maliyyə, tibb, təhsil, kargüzarlıq sahələrində, “102” və “Təhlükəsiz Şəhər” qurumlarında, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərirlər

Qadın əməkdaşlar kişi həmkarları ilə bərabər cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması kimi mühüm vəzifələri layiqincə yerinə yetirir, öz fədakarlıqlarını əsirgəmirlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar