Xəbər lenti
"Ağdam Məşğulluq xidmətinin rəsi və onun müavini başımıza Allahın müsübətini açır" -şikayət məktubu
Ağdam rayon Evoğlu kənd sakini Elmir Ələddin oğlu Cəfərovun Manevr.az-ın elektron poçtuna ünvanladığı şikayət məktubunu zəruri redaktə ilə təqdim edirik:
"Əmək və Əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümova!
Hörmətli nazir, mən Ağdam rayon Evoğlu kəndinin sakiniyəm. Çox kasıb halda yaşayıram. Ailə vəziyyətimiz çox acınacaqlıdır. Evimiz 1 otaqdan ibarətdir və az qalır ki, güclü külək olanda ev başımıza uça. Evin dam örtüyü yararsız vəziyyətdədir. Evin döşəməsi torpaqdandır. Nə mən, nə də həyat yoldaşım heç bir yerdə işləmirik. 1 ildir ki, Ağdam Məşğulluq Xidməti vasitəsi ilə "özünə məşğulluq" proqramına qoşulmuşam. Bir çox məşğələlərdə iştirak etmişəm və imtahanlar vermişəm. Dövlət tərəfindən "özünə məşğulluq" proqramı ilə bizim ailəmizə 4000 (dörd min) manat vəsait ayrılıb ki, bizim ailəmizə sərf edilsin. Ancaq Ağdam Məşğulluq xidmətinin rəsi Elşən müəllim və onun müavini Möhübbət müəllim həmin vəsaiti bizə verməyi yubadaraq bir ilə yaxındır başımıza Allahın müsübətini açırlar. Sizə göndərmiş olduğum fotolardan da görəcəksiz ki, biz hansı vəziyyətdə yaşayırıq. Bizim yaşadığımız evlə (ona ev demək olarsa) erməni postunun ara məsafəsi 600 metrdən də azdır. Çox xahiş edirəm, bizim durumumuzu nəzərə alıb aidiyyatı qurumlara göstəriş verəsiniz, bu məsələni ətraflı araşdırsınlar və bizim kasıb, acından ölən ailə üzvlərimizə yardımçı olsunlar. Haqqımızın bərpa olunmasına köməklik göstərsinlər.
Cəfərov Elmir Ələddin oğlu Ağdam rayon Evoğlu kənd sakini"
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar