Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda MƏHƏRRƏM AYINDA körpələrə qoyulan adlar - SİYAHI

Tarix: 28-09-2017 19:46     Baxış: 4325 A- / A+
Azərbaycanda MƏHƏRRƏM AYINDA körpələrə qoyulan adlar
Azərbaycanda övladlarına İslam aləmində müqəddəs hesab edilən Məhərrəm ayı ilə ad verənlər var.

Manevr.az "report"a istinadən xəbər verir ki, ölkədə son beş ildə 7 körpəyə (bu il 1 körpəyə) Aşura adı qoyulub.

Belə ki, son beş ildə 382-i körpəyə Məhərrəm (bu il 31), 11-nə Məhərrəməli (bu il 1), 1-nə Məhərrəmnur, 1-nə Məhərəmməhdi, 1-nə Məhərrəm Xəzər adı verilib.

İmam Hüseynin adı uşaqlara daha çox verilir.

Son beş ildə ölkədə 12356 körpəyə Hüseyn (bu il 1314) adı verilib. Həmin müddətdə 138 körpəyə Hüseynəli, 98-nə Hüseynağa adı qoyulub. Uşaqlara verilən adlar arasında Hüseynbala, Hüseynqulu, Hüseynxan, Hüseynalı, Hüseyncan, Hüseynbala, Hüseynabbas, Hüseyncihad adları yer alıb.

İmam Hüseynin oğlu Əli Əkbərin adı son beş ildə 4, qardaşı Həsənin oğlu Qasımın adı 142 körpəyə verilib. Körpələrə verilən adlar arasında Qasim, Qasımcan, Qasımbala, Qasım Rəfael adları var.

İmam Hüseynin Kərbəla döyüşündə ölən 6 aylıq oğlu Əli Əsgərin adı son beş ildə bir körpəyə verilib. Bundan başqa, son beş ildə 72 körpəyə İmaməli, 20-nə İmamverdi, 19-na İmam, 19-na İmaməddin, 6-na İmamrza adı verilib. Bu qəbildən verilən adlar arasında İmamqulu, İmamhüseyn, İmamət, İmamə, İmamanəzər, İmamazadə adları da mövcuddur.

Hicri-qəməri ayının ikinci ayı Səfər də uşaqlara verilən adların siyahısında yer alır. Belə ki, son beş ildə 188 körpəyə Səfər, 21-nə Səfərəli adları verilib. Verilən adlar arasında Səfəralı, Səfərxan, Səfərov, Səfərmurad, Səfərağa adları da var.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar