Xəbər lenti
Adam əti yeyənləri necə tanıyaq?-ürəyi zəif olanlar bu yazını oxumasın +18
Hannibalizm haqda bilmədiklərimiz - əsəbi və ürəyi zəif olanlar bu yazını oxumasın.
Rusiyanın Krasnodar əyalətində adamyeyən ailə ifşa olunaraq həbs edilib. Sözügedən ər və arvad 1999-cu ildən etibarən insanları oğurlayıb, öldürüb və meyitləri yeyiblər. Hətta bəzi hallarda meyitlərdən tədarük görüblər.
Adamyeyənlər həbs olunduqdan sonra törətdikləri əməlləri etiraf ediblər. İstintaq qrupu axtarış zamanı 7 nəfərin meyitini aşkarlayıb.
Dəhşətli cinayətləri ifşa etməkdə polisə küçələrdən birində aşkarlanan telefon kömək edib. Telefonda sözügedən adamyeyənlərin meyitlərlə və ya onların kəsilmiş hissələri ilə birlikdə fotoşəkilləri əks olunub. Telefonu ilk olaraq asfaltçəkənlər aşkarlayıblar və dərhal polisə təhvil veriblər.
Məlumata görə, azı 30 nəfər adamyeyənlərin qurbanı olub. Onlar öz qurbanlarını efir və karvalol ilə bihuş edir, daha sonra öldürərək yeyirmişlər.
Adamyeyən Dmitri B. mənzillərin dekorasiyası işi ilə məşğul olub, onun yoldaşı Nataliya isə tibb bacısı kimi fəaliyyət göstərib.
Səbəb qıtlıq imiş...
Bəs nədir bu xəstəliyin mənbəyi? Ümumiyyətlə, onu xəstəlik adlandırmaq mümkündürmü? Ətrafımızda belə insanların olmasından necə xəbər tuta bilərik?
“Yeni Müsavat” elmi mənbələrə istinad edərək yazır ki, elmi olaraq “hannibalizm” və ya “antropofagiya” adlandırılan adamyeyənlik insanların öz növündən olan insanların ətlərini qida olaraq qəbul etməsi vərdişidir. İlk olaraq Orta Afrikada yaşamış olan bir qəbilənin adında alınaraq terminləşdirilən hanniballıq, ilk dəfə 1492-ci ildə Xristofor Kolumbun Amerikaya ilk gedişində gördüyü qəbilələrin insanları bişirib yeməsindən sonra daha da yayılıb.
Yaxşı, bəs nədir bu xəstəliyin yaranma səbəbləri? Elm sübut edib ki, bunun səbəbi qıtlıq yaşanması, aclığın çox böyük miqyaslara çatması, ağır sosial şərtlərin insanların həyatına təsir göstərməsidir. Necə deyərlər, “sosial pozğunluq” kimi də qiymətləndirilə bilər. Əslində bəzi antropoloqlar sadəcə aclıq baxımdan qıtlığın üzə çıxdığını və bunun də hannibalların yaranmasına səbəb olduğunu iddia edirlər. Amma psixoloqlara görə, bu, bir psixoloji pozğunluq nümunəsidir.
Hannibalların növləri hansılardır?
Əslində hannibalların iki növü var. Bunlardan biri bu durumu öz daxilində yaşayanlar, digəri isə xarici aləmə yayanlardır. Hanniballığını daxildə yaşayanlar eyni qəbiləyə və ailəyə bağlı olan şəxslərin ölü bədənlərini yeyənlərdir. Xüsusən də ölü bədəndəki yağlı yerlərin yeyilməsi tərcih edilir. Buna səbəb isə yağın bədənə güc gətirəcəyinə inanmaları göstərilməkdədir. Amma xarici aləmə hanniballığını yayanların xüsusiyyəti fərqlidir. Onlar düşmən olduqları kəsim və şəxsləri öldürərək yeyirlər.
Əvvəl ac qalmamaq üçün insan əti yeyirdilər, sonra....
Dünyadakı ilk insanların yaşadığı dövrlərdə hanniballıq var olan bir hal kimi qeydə alınıb. Arxaik homo sapienslər olaraq adlandırılan insan ataları istəklərinə görə əllərinin altında tükədə biləcəkləri qida qaynaqları olmasına baxmayaraq, hanniballıq etməkdən çəkinməyiblər. Hətta o zamanlar bir-birinə düşmən olan qəbilələrdən hansı daha güclü və basqınçı xarakterə malik idisə, düşmən olduğu qrupdan insanların bədənlərini bişirib yeyərək ziyafətlər də vermişdilər.
Davam edən sürəclərdə insanların inkişafa başlaması və dünyanın fərqli sahələrində yavaş-yavaş qəbilə həyatlarının yaranması insanları o dönəmlərdə belə silahlanma və güclü olma yarışına itələyib. Bu tip rəqabətlər içərisində bəzən aylarla davam edən aclıq və səfalət dönəmləri keçirilib. Yemək tapılmayacaq şərtlərdə və ya müharibə kimi vəziyyətlərdə qəbilə və toplumlar məcburən hanniballığa məcbur qalıblar.
Orta əsrə yaxınlaşan dönəmlərdə sistem bir az oturuşduğu üçün hanniballıq proseduruna daha çox “məcbur qalmadıqca baş vurulmayacaq bir üsul” kimi baxılıb. Bu dəfə də birbaşa cəsədlər yeyilməsə də, cəsədlərdən istifadə olunaraq, şəfalı bitkilərin istehsalına başlanıb.
12-ci yüz ildə başlanan bu vərdiş 16-cı yüz ilə qədər davam edib. Artıq 16-cı yüz ildə də fərqli bir dərman istehsalı metodunun inkişaf etdirilməsilə insan bədənindən dərman hazırlama dönəmi də yekunlaşıb.
Müasir günümüzdə hanniballıqla daha çox məşğul olan qəbilə “Korovai” adlanır. Özlərinə “Long Pig” adı qoyan bu qəbilə hanniballığa davam etdikləri kimi, özlərinə də bir konsepsiya uydurublar. Onlara görə, öz qəbilələrindən biri bir anda həyatını itirəndə bu vəziyyəti “ölən adamın bir cadugərlə davada məğlub olması” kimi qiymətləndirirlər. Onlar iddia edirlər ki, ifritə öz qalibiyyətini bu insanın ətini yeyərək qeyd edir. Odur ki, onlar da eyni ətdən yeməklə bu mübarizəni davam etdirdiklərini iddia edirlər.
Hindistan - hannibalizmin məskəni
Hannibalizmin qadağan edilməsinə baxmayaraq, Aqhori sekta qanundankənar hesab edilmir. Hindistan dövləti müxtəlif dini görüşləri mühafizə edir.
Bəzən Hindistanda Aqhori praktikasının qadağan edilmə cəhdləri meydana gəlir. Bu qəbildən olan qanunvericilik təşəbbüsləri induistlər tərəfindən qəzəblə qarşılanır. Seçkilərdə bu dini cərəyanın tərəfdarlarının da olduğu, BCP-nın qələbə çalması, gələcəkdə bu qəbildən olan qanunların verilməsini şübhə altına qoyur.
Hindistanda hannibalizmlə, sadəcə, dini görüşlərə görə məşğul olmurlar. Hələ yüz illər boyu ərəb, fars səyahətçiləri, daha sonra Marko Polo - dünyaya Andaman adalarının adamyeyənlərindən danışıb.
Hannibalizm hadisələri Hindistanın şimal-şərqində zaman-zaman qeydə alınaraq mətbuatda işıqlanır.
Burda yaşayan Naqa və başqa tayfaların nümayəndələrinin adam əti yemələri barədə informasiya Hindistan və Pakistan mətbuatında öz əksini tapıb.
Sonuncu dəfə belə şayiənin sənədli təsdiqi keçən ilin yanvarında mətbuatda yayılıb. O zaman muzdlu fəhlə kütləsi Assamada çay plantasiyalarından birinin sahibini və onun arvadını dəyənəklə ölənədək döyüblər. Münaqişə isə sahiblərin işçilərə düşən pul mükafatını verməmələri olub, daha çox səs-küy salan fəhlələri isə polisə təhvil veriblər. Qətldən sonra kütlədən beş nəfər plantasiya sahibinin cəsədini yeyiblər.
Hannibalizmlə məşğul olan 3 qəbilə - Yali, Vanuatı və Karafai qəbilələridir. Ən qəddar qəbilə Karafai qəbiləsidir. Onlar digər qəbilələrin adamlarını, azmış turistləri yeməklə yanaşı, həm də ölmüş qohumlarının cəsədlərini də yeyirlər. Vanuatu qəbiləsi onlar arasında ən mülayim qəbilə hesab olunur. Şəkillərini çəkən fotoqrafa toxunmamaq üçün onlara bir neçə donuz vermək kifayətdir. Sumatra adasında isə ölüm hökmünə məhkum olmuş adamları və əldən düşmüş qocaları yeyirlər. Yali qəbiləsi ən böyük bayram kimi ölüm bayramını keçirir. Qadınlar və kişilər bədənlərini skelet şəklində bəzəyirlər. Bayramda ölənin çıxarılmış isti beynini qəbilənin başçısı yeyir. İndi əvvəlkinə nisbətən Yali qəbiləsində adamları çox da öldürmürlər. Bu yalnız zəruri səbəblərdən (məhsul qıtlığı və s. olduqda) baş verir. Ümumilikdə hannibalizm qorxulu psixi xəstəlik kimi başa düşülür. Belə hal istintaq işlərində xüsusi qəddarlıqla törədilmiş qətl hadisəsi kimi tövsif olunur.
Amma bu cür tiplər təkcə qəbilələrdə, uzaqlarda yaşamır. Yazının girişindəki xəbərdən də aydın olur ki, bəzən heç şübhə edilməyən şəxslərin arasından da hanniballar çıxa bilir. Psixoloqlar müasir hannibalların olduqca sakit təbiətli, ətrafı, yaxınları ilə yola gedən tiplər olduğunu iddia edirlər. Yəni bu şəxslərin insan əti yediklərindən heç bir halda şübhələnmək mümkün deyil. Onlar qurbanlarını da olduqca ehtiyatla, ustalıqla seçirlər. Çox zaman yaxın olduqları şəxsləri evlərinə qonaq çağıraraq məqsədlərinə nail olurlar.(musavat.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar