Xəbər lenti
Üçqütblü dünyada sülhün yeni açarı - Türk Birliyi
Soyuq müharibə dövründə Amerika və Sovet İttifaqının iki qütblü dünya düzəni nisbi də olsa öz aralarında balans saxlaya bilirdi. Sovetlərin dağılması ilə Avropa İttifaqı, Amerika və Rusiya-Çin olmaq üzrə üç ayrı blok, üç ayrı qütb formalaşıb, və artıq dünya düzəni bu üç ayaqlı stulda oturmuşdur.
Bu üç ayaqlı balanssız tənlikdə var olan üçlü blok, öz çətirləri altına almış olduqları dövlət və millətləri qoruyarkən, bu bloklarda təmsil olunmayan Türk və Türk-İslam coğrafiyasındakı suveren dövlətlər və millətlər etibarsız döyüş sahələrinə çevirilmiş, iqtisadi və siyasi cəhətdən zəbt edilmişdir.
Bu balanssız tənlik region və dünya sülhünü ciddi mənada təhdid edir.
Dünya sülhünə töhfə vermək, "sülh stulu"nun dördüncü ayağını oluşdurmaq, Türk, türk-islam coğrafiyasının işğalının qarşısını almaq üçün bu dövlətlər fərqli partiyalar, ideologiyalar, məzhəblərin üstündə olan demokratik prinsip və dəyərlərə malik yeni bir blokun əmələ gəlməsinə start verməlidirlər. Bu şox vacib bir şərtdir.
Bu oluşum hegemon güclərin məzlum millətlər üzərindəki zülmünün qarşısını aldığı kimi, dünya sülhünə də töhfə verəcək yeganə imkandır...
Dünya sülhü üçün, demokratiya üçün resursların bərabər bölüşdürülməsi və ədalətli dünya düzəninin bərqərar olunması üçün Türk Birliyi şərtdir; makro planda Avropa Birliyi, mikro planda yerli mədəniyyətimizə bağlı bir formalaşmanın yaranması.
Yarana biləcək dördüncü Türk bloku Avropa, Asiya və Amerika xalqlarının da daha azad və daha rahat yaşamasını təmin edəcəkdir. Qurulacaq ədalətli və demokratik dünya düzənində, sıxışdırılmış cəmiyyətlərdə "pilləkən altı" inkişaf edən, əxlaqsız müharibə, dediyimiz terrorizm də öz populyarlığını itirəcəkdir. Yəni Güney Azərbaycanda, Myanmada, Liviyada, Suriyada insanlar hər sabaha inamla oyanacaqları kimi, Parisdə barda, Londonda metroda, ABŞ-da ticarət mərkəzlərində də insanlar daha güvənli və təhlükəsiz olacaqdır...
Prosesə dair təklifim;
- Qurulacaq Turan Məclisi, adaptasiya prosesini keçəcəkdir.
Hər bir ölkənin Daxili İşlər Naziri, Xarici İşlər Naziri, Mədəniyyət Naziri, Baş Qərargah Rəisi və Kəşfiyyat Təşkilat sədri bu məclisin təbii üzvü qəbul ediləcəkdir.
Bu məclisdə siyasətçilərin yanında, sənətçı, elm xadimi, jurnalist, iqtisadçılar və biznesmenlər də olacaqdır.
Turan Məclisində Cənubi Azərbaycan, Şərqi Türküstan, Qarabağ və s. kimi işğal altında olan torpaqlarındakı Türklərin nümayəndələri də yer alacaqlar.
Transformasiyalı olaraq hər bir ölkənin Dövlət və ya Cümhurbaşqanları, bir və ya iki il müddətinə Turan Məclisinin sədri olacaqdır. Turan Məclisinin sədri məzhəbindən, dinindən, siyasi baxışından asılı olmayaraq, dünyada yaşayan 250-300 milyon Türkün sədri kimi qəbul ediləcəkdir.
Bu birliyinin xərclərinə, hər bir ölkə ümumdaxili məhsulu çərçidəsində iqtisadi dəstək verəcəkdir.
Əsas fəlsəfəsi regionda sülh, dünyada sülh olacaq olan bu Məclisin bütün qərarları demokratik qaydalara görə səsvermə yolu ilə qəbul olunacaq, heç bir ölkənin əhali sayına görə deyil, yalnız qərarlar demokratik prinsiplərlə müəyyən olunacaq və mənimsəniləcəkdir.
Yaranacaq ortaq siyasi güc, hərbi güc, texnoloji güc və demokratiyanın inkişaf etdirilməsi təmayülü, daha etibarlı, daha azad, daha xoşbəxt bir dünyaya açılan qapı olacaqdır.
Hər kəs böyüklüyünü göstərəcək, Tanrının türk millətinə bəxş etdiyi bu missiyanı da, bu millət layiqincə yerinə yetirəcəkdir.
Yetirilməlidir də...
Gökhan Türkeş Öngel
iş adamı.
Türkiyə.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar