Xəbər lenti 
					
 
		Bakıdakı məşhur gecə klubunda müğənni İlhamənin başına nələr gəlib -TƏFSİLAT
Müğənni İlhamə Qasımova Bakıda klublardan birində başına gələn hadisəni izləyiciləri ilə bölüşüb.
Avropadan gələn qonaqlarını gəzdirən ifaçı xoşagəlməz halla üzləşdiyini deyib:
“Qonaqlarla maraqlı yerlərdən birinə getmək fikrinə düşük. ""Eleven lounge" klubuna getdik, əvvəlcə lift qarşısında duran nəzarətçiyə yaxınlaşıb, “dress-kod” olub-olmadığını soruşdum.
Kişilərə şortikdə girişin qadağan olunduğunu, qadınlara isə heç bir geyim məhdudiyyəti qoyulmadığını dedilər. Qonaqlar paltarlarını dəyişdi, yenidən həmin kluba gəldik. Bu dəfə 3 müdafiəçi salamlaşıb, rezerv olub-olmadığını soruşdu. Bütün stolların dolu olduğunu bildirib, gözləməyimizi istədi.
Əvvəlcə masa olmadığını dedi, daha sonra isə ayağımda idman ayaqqabısı olduğu üçün içəri girməyimə icazə verilmədiyini bildirdi. Əgər belə idisə, niyə ilk dəfədən bunu demirdilər? Başa düşmədim, İbizadayam, Monakodayam, yoxsa ulduzların məkanındayam ki, qapıda gözlədirlər?
Avropadan gələn qonaqlar da çox təəccübləndi. Hər şeyi mədəni formada yazdım, əslində bundan betər idi.
Əziz sahibkarlar, bundan sonra restoran, məkan açanda, bizi dəvət edərkən, zəhmət çəkib qonorarımızı ödəyin. Başa düşdüm ki, dəyməzmiş. Qonaqlar qarşısında çox utandım”. Axşam.az.

	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















