Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda məskunlaşan kəlbəcərlilərdən icra başçısına ŞOK müraciət: "Bizə qarşı biganəliyə son qoyun!"

Tarix: 09-09-2016 11:38     Baxış: 5584 A- / A+
Sumqayıtda məskunlaşan kəlbəcərlilərdən icra başçısına ŞOK müraciət:


Sumqayıtda məskunlaşan bir qrup Kəlbəcərdən olan məcburi köçkündən Manevr.az saytına müraciət daxil olub. Müraciətdə onlar rayon icra hakimiyyətinin fəaliyyətindən və biganəliyindən narazılıqlarını bildirirlər.

Kəlbəcərlilər rayon rəhbərliyi tərəfindən unudulduqlarını, ümumiyyətlə, yada salınmadıqlarını, biganıliklə qarşılaşdıqlarını vurğulayırlar.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədova ünvanlanan müraciəti olduğu kimi təqdim edirik:


"Hörmətli Aqil müəllim, biz artıq sizə mətbuat üzərindən müraciət etməyə məcbur olduq. Bizi buna sizin rayon rəhbəri kimi bizə qarşı biganəliyiniz və unutqanlığınız vadar etdi. Təəssüf ki, Siz də əvvəlki sələflərinizin "ənənəsini" davam etdirərək Sumqayıtda məskunlaşan kəlbəcərlilərə qarşı laqeydlik və saymazyanalıq nümayiş etdirdiniz. Siz ölkə başçısının səlahiyyətli nümayəndəsi kimi rayona rəhbər təyin olunanda vətəndaşlara qarşı belə münasibətmi göstərəcəyinizi söz vermişdiniz?

Biz sizdən konkret olaraq soruşuruq: Kəlbəcər əhalisi yalnız Gəncə ətrafında, "iqamətgahınıza" yaxın məskunlaşanlardanmı ibarətdi? Sizdən soruşuruq: nəyə görə biz seçkidən-seçkiyə "yada” düşürük? Bir də soruşuruq, nə üçün hər-hansı bayramlarda Sumqayıtda məskunlaşan kəlbəcərliləri bir dəfə yada salıb ehtiyacı olanlarla maraqlanmırsınız? Qarşıdan Müqəddəs Qurban bayramı gəlir. Yəqin hər il olduğu kimi, bizlər yenə də sizin "şanlı siyahınızda" yoxuq.
Bunları vurğulayaraq sizdən xahiş və tələb edirik - bizə qarşı olan bu haqsızlığınıza və biganəliyinizə son qoyun. Biz onsuz da gözümüzü yardımlara, ianələrə dikməmişik. Hər birimiz ilk növbədə, torpaqlarımıza qayıtmaq arzusunda və istəyindəyik. Ancaq unudulmağı və saymamazlığı da qəbul etmirik. Bayramdan-bayrama heç olmasa ehtiyacımız olan ərzaq və digər zəruri təlabatla təmin olunmağımızı tələb edirik. Çünkü buna ölkəmizin hər cürə imkanı var, yetər ki sizin biganəliyiniz olmasın.."


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar