Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İki cinsi orqanla doğulan körpəni quyuya atmaq istədilər - "Şeytan kimi doğuldu" - FOTOLAR

Tarix: 23-08-2017 10:05     Baxış: 4343 A- / A+
İki cinsi orqanla doğulan körpəni quyuya atmaq istədilər

Hindistanın Pindşara şəhərinin yaxınlığında 22 yaşlı Kuli Bai adlı qadının körpəsi dünyaya gəlib. Ancaq körpə başqalarından çox fərqli idi. Körpə dünyaya dörd ayaq, üç əl və iki cinsi orqanla gəlib. Doğduğu uşağı görən qadın və ətrafındakılar şoka düşüblər. Bundan sonrası isə daha qorxunc...

Həkimlərin dediyinə görə, körpə "parazit əkiz" kimi dünyaya gəlib. Parazit əkizlərdə əkizlərdən birinin digər əkizdə yaşaması davam edir. Əkizlərdən biri həyatını normal qaydada davam etdirərkən, ikincisi getdikcə zəifləyir.

Körpəni ilk dəfə gördüyündə valideynləri gözlərinə inanmayıblar. Ananın valideynləri mühafizəkardır və körpənin şeytani qüvvəyə malik olduğunu düşünüblər. Məlumata görə, ana və ailəsi uşağı diri-diri quyuya atmaq istəyib. Hadisə barədə məlumat Dr. Matra Chhaya Xəstəxanasında çalışan Bharat Pal Dandaya da çatıb.

Həkim "Ananın ailəsinin körpəni diri-diri quyuya atmaq istədiyini eşidəndə şok oldum. Onlara görə uşaq şeytanla əlaqəli idi. Kömək etməliyəm" deyib. Həkim körpə və ananı xəstəxanaya gətirmək üçün təcili yardım göndərib. Körpənin vəziyyəti çox kritik idi və dərhal əməliyyat olunmalı idi.

Uşaq dərhal yaxınlıqdakı başqa bir xəstəxanaya köçürülüb. Əməliyyat üçün dörd cərrah lazım idi. Əməliyyatdan sonra körpənin artıq orqanları müvəffəqiyyətlə çıxarılıb.

Əməliyyatda olan başqa bir cərrah Parveen Mathur "Körpənin sağ qalmağı üçün bəzi orqanlarını çıxardıq. Vəziyyəti indi yaxşıdır. Bir neçə həftə nəzarət altında saxlayacağıq" deyib. Cərrahlar bu cür hadisəylə ilk dəfə qarşılaşdıqları deyiblər.(milli.az)

Manevr.az
İki cinsi orqanla doğulan körpəni quyuya atmaq istədilər
İki cinsi orqanla doğulan körpəni quyuya atmaq istədilər
İki cinsi orqanla doğulan körpəni quyuya atmaq istədilər

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar