Xəbər lenti
Deputat baş həkimə etiraz etdi : `Bu, doğru addım deyil`
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev mətbuata verdiyi açıqlamasında bildirib ki, naviqasiya sistemin formalaşması ilə bağlı proqram hazırlanıb. Onun sözlərinə görə, yeni sistemin işə düşməsi ilə əsassız müraciətlərin sayı azalacaq.
Baş həkim qeyd edib ki, gün ərzində təcili tibbi yardıma 2 minə yaxın müraciət daxil olur: “Onların ancaq 40 faizi bizə aiddir. 60 faiz hallarda isə pasiyentlərə təcili yardım deyil, ətraflı müayinə lazım olduğu üzə çıxır”. Bu halların qarşısını almaq üçün baş həkim təcili yardıma aid olmayan çağırışların pullu olacağını deyir. İndi bir nəfərə təcili tibbi yardımın göstərilməsi 100-140 manata başa gəlir. Ona görə də hesab edirik ki, bizə aid olmayan çağırışlara görə pasiyentlər pul ödəməlidir.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev AzVision.az-a bildirib ki, bu sahədə pullu xidmətə keçmək tezdir və hazırda bu, doğru addım deyil.
Deputat vurğulayıb ki, gələcəkdə elektron səhiyyə sistemi qurulduqdan sonra tibbi xidmətlərin, o cümlədən təcili tibbi yardım xidmətinin elektron sistemlə həyata keçirilməsində bu məsələyə baxmaq olar:
“İndiki vaxt üçün bu doğru deyil. Bu məsələ gələcəyə hesablanıb. Bu gün üçün təcili tibbi yardım xidmətinin pullu olması gözlənilmir. Qanunvericiliyə görə səhiyyə xidmətləri pulsuzdur və dövlət vəsaiti hesabına həyata keçirilir. Hal-hazırda dövlətdə bütün tibbi xidmətlər pulsuzdur. Müəyyən dövrlərdə poliklinikalarda müayinələr pullu olsa da, sonradan onlar ləğv edilib”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar