Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Gülər Əhmədova Həccə gedib - FOTO

Tarix: 05-09-2016 20:44     Baxış: 2686 A- / A+
Gülər Əhmədova Həccə gedib


Sabiq deputat Gülər Əhmədova müqəddəs Həcc ziyarətinə gedib. Modern.az saytının xəbərinə görə, bu barədə Gülər Əhmədova özü məlumat verib.

“Allah arzusunda olan hər kəsə qismət etsin”, - deyə G.Əhmədova bildirib.

Qeyd edək ki, keçmiş deputat bir müddət öncə məhkəmə vasitəsilə ölkədən xaricə çıxmaq icazəsi alıb.

Belə ki, bu il iyulun 12-də Bakı Apellyasiya Məhkəməsində eks-deputat Gülər Əhmədovanın Azərbaycandan kənara çıxmasına qoyulmuş qadağanın götürülməsi barədə vəsatətə baxlıb və ona üç ay müddətinə Azərbaycan hüdudlarından kənara çıxmasına icazə verilib.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videolardan sonra G.Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Keçmiş deputat Cinayət Məcəlləsinin dələduzluq, cinayəti bilib xəbər verməmək maddələri ilə ittiham olunub. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. 2014-cü il mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya verilən həbs 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza ilə əvəzlənib və o, azadlığa buraxılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar