Xəbər lenti
Qayğısı vətən olan böyük insan

Kamil Həsənov
Gedənlər xatırlandıqca hər dəfə yenidən
dünyaya gəlirlər. Xatirəsi könüllərdə oyaq
qalanlar əbədiyyət yolçulardır...
Məmməd İsmayıl
Ürəkləri isidən işıq...
İnsanı həyata bağlayan onun gözəl cəhətləridir...
Sokrat
Kamil Həsənov ölkəmizin ən ucqar dağ rayonlarından olan Laçında dünyaya göz açmışdır. Laçının quşqonmaz şiş qayaları, zirvəsi qarlı uca dağları, qeyri-adi gözəl təbiəti şübhəsiz ki, onun xarakterinə hündür boz qayalar kimi mətin, mübariz, zirvəsi qarlı uca dağlara bənzər məğrur, dönməz olmasına və qeyri-adi gözəl təbiəti kimi mənəvi zəngilliyinə az təsir etməmişdir. Bəlkə də bu amillərdən dolayı o, təbiəti çox sevirdi. Mən deyərdim ki, elə bu sevginin qarşılığı idi ki, qoca təbiət də öz növbəsində öz müdrikliyi ilə zənginliyini Kamil dayımın düşüncələrinə və xarakterinə bəxş etmişdir. Ona görə də onun doğmalarından tutmuş digər insanlarla münasibətində onların özlərinin təəssüratlarına görə ürəkləri isidən bir işıq var idi... Onun bu cür işıqlı xarakterə malik olması həm bir alim kimi, həm də bir vətəndaş kimi Allaha, vətənə, həyata layiq yaşamağın gözəl düsturu idi.
Ali məram, ali məqsəd...
Haraya getdiyini bilən adama bütün aləm yol verər.
Devid Star Cordon
Kamil müəllim kiçik kateqoriyalarla düşünən insan deyildir. O, daima xalq üçün, vətən üçün, dövlət üçün strateji düşünərdi. Onun bu düşüncə tərzi elmi işinin mövzusunda da özünü göstərmişdir. Bu elə bir mövzudur ki, indi də Azərbaycan iqtisadiyyatının aktual məsələlərindəndir. Dağ rayonlarımızda iqtisadiyyatın necə inkişaf etdirilməsinə həsr olunmuş elmi iş alimlər yanında Kamil müəllimə böyük nüfuz qazandırmışdır. Çünki, Azərbaycan aqrar ölkə olduğundan rayonlarda iqtisadiyyatın inkişaf etdirilməsi məsələsi indi də öz aktuallığını itirməmişdir. Bu baxımdan Kamil müəllimin elmdə də strateji baxışları iqtisadiyyat elmində daima yeni olacaqdır.
Azərbaycanı ifadə edən cəsarətli alim
Vətən onu sevən insanların çiyinləri üstündə yüksəlir.
Tofiq Fikrət
1988-ci ildən sonra isə Kamil müəllimin həyatı yeni mərhələyə qədəm qoydu. Bu mərhələ Kamil müəllimin varlığını ifadə edən xalqımızın azadlıq və müstəqillik ideyasına sahiblənmə dövrü idi. O vaxtlar ölkəmiz "erməni-rus" birləşməsinin informasiya müharibəsinə məruz qaldığı zaman Kamil müəllim bir alim kimi işıqlı zəkası və cəsarəti ilə bütün Azərbaycanı ifadə edirdi. 1993-cü ildə xalqımız vətəndaş müharibəsi ilə üz-üzə qaldığı zaman Kamil müəllim təbii ki, bir ziyalı alim kimi baş verən məlum hadisələrə biganə qala bilməzdi... Və qalmadı da. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətdə nizam-intizam qaydaları normal vəziyyətə salınmasında Kamil müəllim daima dövlətin, dövlətçiliyin yanında olmuşdur. Ulu Öndər Heydər Əliyev də Kamil müəllimin xalqa, dövlətə, dövlətçiliyə necə bağlı olduğunu gözəl bildiyi üçün ona daima xoş və xüsusi münasibətdə olmuşdur.
Ölüm sonsuzluğun qapısı...
Mən əcəldən qorxmuram. O nə edəcək mənə?
Mən öldükdən sonra da yaşayacağam yenə
Yan Raynis
Ölüm adi insanları bu dünyada unutdursa da böyük insanları unutdura bilmir. Böyük insan, böyük alim, böyük ictimai dövlət xadimi Kamil Həsənovun da qismən bu dünyadan köçməsi onun sadəcə cismən ölümü ilə bağlı ola bilər. Ölüm böyük insanları öldürə bilmir. Əksinə onların nüfuz əzəməti qarşısında özü ölür. Çünki ölüm sonsuzluğun qapısıdır... Böyük insanları ruhu zəngindir, işıqdır... İllah da ki, o böyük alim ola. Kamil Həsənovun ölümü tək doğmaları üçün ağır itki olmadı, həm də xalqımız üçün ağır itki oldu... Çünki, o, cismən aramızda yoxdur... Biz doğmalar onun məzarını ziyarət etməklə təsəlli tapırıq... Onun isə ruhu biz doğmaları ziyarət edir... Onun ziyarəti həm də müqəddəsdir... Çünki, onun ruhu vətəninə, dövlətinə, insanlara xidmət dolu işıqdır...
Mütalib Məmmədov
Hüquqşünas, AJB-nin üzvü
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































