Sizin Reklam Burada
Xəbər lenti
26-09-2025
25-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qaliblər

Tarix: 27-09-2025 12:56     Baxış: 349 A- / A+
                                 Şəhid Ehtibar Əliyevin əziz xatirəsinə
                
Türk əsgəri ölümündən qabaq silahına “QALİB” sözünü yazdı, yeni doğulan oğluna Qalib adını verdi və: “Biz qalib gələcəyik!”- dedi. 
Şəhid ruhları Qarabağ səmasına QALİB sözünü yazdı. 

                        *
Göy üzündə ulduz gözə dəymirdi. Sanki dünyaya əbədi qaranlıq çökmüşdü. Səssizlikdən adamın beyni çatlayırdı. Bu səssizliyi əsgərlərın addım səsləri pozurdu. Yollarını azdıqlarına görə hansı istiqamətə gedəcəklərini çətinliklə təyin edirdilər. Düşmən hər tərəfi minalamışdı. Qaranlıqda bir-birlərini güclə sezən əsgərlərin içi daralırdı. Amma ləngimək də olmazdı. Onlar tutduqları yolu özlərinə yoldaş edərək gedirdilər. Qəfil qopan partlayış səsi əsgərlərin çığırtısına qarışaraq vahimə yaratdı. Onlardan  biri qan içində çabalayırdı. Digərlərinin gözləri qanlı gecədən qaranlıq səmaya dikilmişdi.

Köməyə gələnlər yaralını xəstəxanaya çatdırmaq üçün tələsirdilər. O isə qırıq-qırıq:”A-n-a... Qa-lib, oğlum..”- deyə zarıyır,  ağır-ağır nəfəs alırdı.
Yağış az qala çadır şəhərciyini yuyub aparırdı. Yağışla bərabər qara xəbər də ildırım surətiylə şəhərciyə yol alırdı.
     Qaçqın düşəndən bəri yuxu üzünə həsrət qalan ana həmin gecə sanki ölüm yuxusundaydı. Nə yağışın şırıltısı, nə də çəkilən ah səsləri onu oyada bilirdi. Oğlu yuxusuna girib qanlı əllərini anasına uzadanda, qadın çığıraraq ayıldı. Qorxa-qorxa ətrafına baxaraq, içini çəkdi. 
Çadır şəhərciyindən qəbiristanlığa bir cığır açılmışdı. Analar bu yolla oğul görüşünə gedirdilər.Yetim qalan uşaqlar böyüyür - kimi əsgər gedir, kimi ailə qururdu. Övlad dərdindən anaların, ataların beli bükülürdü.  Vaxt böyüyüb dünyaya sığmırdı. Böyüyən vaxt isə bizi Qarabağdan addım-addım ayırırdı.  
                            17 noyabr 2001-ci il
                   ****

Qırx Dörd Gün - Yüz İllik Yaddaş
Qalibin timsalında haqqın səsi, millətin dirənişi və unudulmaz qəhrəmanlıq dastanını yazan igidlərimizə həsr edirəm

Onlar doğulanda dünya artıq yaralanmışdı...
Yalnız torpaq deyil, insanın ruhu da parçalanmışdı.
Ataların ayaq səsləri susmuşdu -
qayıdış ümidi anaların göz yaşında donmuşdu...
Bacıların baxışları üfüqə zillənmişdi -
boyunlar bükük, dillər dua yerinə həsrətlə titrəyirdi...
Torpaq əsir düşmüşdü...
Düşmənin əlində inildəyirdi: nəfəsi boğulmuş, qəlbi parçalanmışdı...
Amma onlar...
Ata yurduna həsrətlə böyüdülər,
intiqamın beşiyində yırğalandılar,
ruhlarına yazılmışdı haqqın fəryadı.
baxışlarında dua vardı,
addımlarında atalarının izi,
nəfəslərində şəhidlərin son vəsiyyəti:
“Haqq üçün silaha sarıl!”
Və zaman gəldi...
Tarix çağırdı...
Qapı aralandı, alın yazısı qılınca çevrildi.
Qırx dörd gün!
Bu yalnız savaş deyildi!
Bu  dirçəliş idi!
Bir millətin oyanışı!
Haqqın hayqırtısı idi,
susmuş dünyanın qəlbinə sancılan üsyan idi!
İgidlər yazdılar: 
“Bu torpaq bizimdir!”
Qanla, canla, ruhla...
Çünki bu savaş sadəcə torpaq uğrunda deyildi.
Bu yaddaşın savaşı idi!
Vicdanın, heysiyyətin savaşı!
Oğullar yalnız torpağı deyil,
əsarətdə qalmış ruhumuzu da azad etdilər!
Və dünya anladı...
Bəzən qılıncdan da iti olan bir şey var:
Unutmağa qoymayan yaddaş
və ona sadiq qalan nəsil...














Mənsurə XƏLƏFBƏYLİ
yazıçı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar