Xəbər lenti
"Şagirdlərim mənə o qədər əzizdir ki, onların oturduğu partalar belə yadımdadır" -FOTOLAR
Şərəfli müəllim ömrü
Rüxsarə Hacıyeva
Dağların qoynunda bir kənd var. Bu kənd Ağsu rayonunun Dilman kəndidir. Dilman kəndi təbiətinin gözəlliyi ilə adamı valeh edir. Bu kənd öz ziyalı oğul və qızları ilə məhşurdur. Bir vaxtlar var idi ki, qonşu rayon və kəndlərin məktəblırində Dilman kəndindən olan müəllimlər təhsil veriblər. Müəllimlik peşəsi müqəddəs bir peşədir. Ümummilli lider Heydər Əliyev demişkən:”Müəllim, dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqların tərbiyəsini yalnız ona etibar edir.
Hər bir insanı, peşə sahibini yetişdirən müəllimdir. Hər birimizin müəllimi olub. Hər birimiz öz müəllimlərimizə borcluyuq.
Belə şərəfli ömr yaşayan müəllimlərdən biri də Dilman kənd sakini Rüxsarə Mürvət qızı Hacıyevadır. Rüxsarə müəllim ömrünün 50 ilini müəllimlik peşısinə həsr edib.
Qeyd edim ki, Rüxsarə Mürvət qızı Hacıyeva 1950-ci ilin sentyabr ayının 24-də Ağsu rayonu Dilman kəndində ziyalı ailəsində dünyaya gəlib. Atası Mürvət Xəlil oğluSüleymanov, anası Əməkdar müəllim Bikə Mikayıl qızı Ağakişiyeva da öz ömürlərini bu müqəddəs peşəyə həsr ediblər. Rüxsarə müəllimin bu il 75 yaşı tamam oldu.
Dilman kənd tam orta məktəbin direktoru Aynurə Heybətova və müəllim kollektivi Rüxsarə müəllimi həm ziyarət etdilər, həm də doğum günü münasibətilə təbrik etdilər. Bizim gəlişimiz müəllim üçün gözlənilməz oldu. Çox sevindi. Mən də bu arada ona bəzi suallar ünvanladım:
-Müəllimlik peşəsi sizin üçün nədir?
-Bu peşəni seçmək mənim uşaqlıq arzum olub. Mən bədii əfəbiyyatı çox sevirdim. Həmişə deyirdim ki, ədəbiyyat müəllimi olacam. Özümü oxuduğum bədii əsərlərdəki qəhrəmanlara oxşadırdım. Deyirdim, müəllim olub ucqar dağ kəndlərində işləyəcəm. Riyaziyyat fənnini də çox sevirdim. Kalva kənd tam orta məktəbində oxuyarkən Zabit müəllim mənə riyaziyyatı daha çox sevdirdi. Ondan sonra fikrim dəyişdi, dedim ki, mən Zabit müəllim kimi riyaziyyat müəllimi olacam.
Getdim arzumun dalınca. APU-nun riyaziyyat fakültəsinə qəbul olundum. Universiteti bitirdiyim ili ailə həyatı qurdum. Həyat yoldaşım Ağsu rayo-nunda işləyirdi. Mənim də təyinatımı Ağsu rayonu 3 saylı tam orta məktəbə verdilər. 2 il həmin məktəbdə fəaliyyət göstərdim. 1973-cü ildən Dilman kənd tam orta məktəbində riyaziyyat müəllimi işlədim. Müəllimlik peçəsini həmişə sevmişəm. Valideynlərim müəllim olub. Öz ixtisasımı və dərs dediyim şagirdləri çox sevmişəm. Şagirdlərim mənə o qədər əzizdirlər ki, onların oturduğu partalar belə yadımdadır. Mənim üçün heç vaxt pis uşaq olmayıb. Hər şagirdi öz xarakterinə görə sevmişəm. Şagirdlərim də məni həmişə həm müəllim, həm də ana gözündə görüblər. Həyata bir də gəlsəm müəllim olardım. Özü də riyaziyyat müəllimi.
-Daha hansı peşəni, sənəti sevirsiniz?
-Mən özümü yaxşı dərzi hesab edirəm. Bütün paltarlarımı özüm tikirəm. Mən bundan zövq alıram. Başqaları üçün də paltar tikmişəm. İşlədiyim illərdə istər dövlət tərəfindən, istər şagirdlər tərəfindən həmişə hörmət görmüşəm. Fəxri fərmanlarımın sayı hesabı yoxdur. Həmişə iş təcrübəm rayon üzrə yayılıb. Baş müəllim, metodist müəllim, Ali kateqoriyalı müəllim, bu adlara layiq görülmüşəm. Artıq 75 yaşım oldu, 50 il iş təcrübəm var. Bu gün də dərs dediyim şagirdlərim məni görəndə uşaqlaşırlar. Onlardan bu gün də hörmət görəndə çox xoşbəxt oluram. Yaxşı ki, bu peşəni seçmişəm.
-Çox sağ olun, Rüxsarə müəllim. Sizə Allahdan verdiyi ömrü sağlam yaşamağı arzu edirik.
-Siz də çox sağ olun, Ülviyyə xanım. Mən də sizə işlərinizdə uğurlar arzu edirəm.
Qeyd edim ki, Rüxsarə müəllimin 5 övladı, 1 qızı, 4 oğlu, 10 nəvəsi var. Bütün övladları evlidir. Biz Rüzsarə müəllimə nəvə toyunu görməyi arzu edirik.
Ülviyyə Namiqqqızı
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.png)

Axtarış
Reklam

Şou-biznes
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar