Xəbər lenti
"Məni oruclu-oruclu keçmiş MTN-də döydülər" - MƏHKƏMƏDƏN
Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə təqsirləndirilən Rufan Ağcabəyov və Marfin Vladimirin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı edib. Təqsirləndirilən şəxslərdən Rufan Ağcabəyov son sözündə bildirib ki, Suriyada olsa da, heç bir silahlı qüvvədə iştirak etməyib: "Mənim heç bir günahım yoxdu, məni oruclu-oruclu keçmiş MTN-də döyərək, ittihamları boynuma qoyublar".
Marfin Vladimir son söz üçün vaxt istəyib. Proses sentyabrın 6- da davam edəcək.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında hər iki təqsirləndirilən şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, Rufan Ağcabəyov və Marfin Vladimir bir qədər əvvəl ləğv edilən Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində həbs ediliblər. İttihama görə, Rufan Ağcabəyov və Marfin Vladimir 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.
Xaçmaz rayonunda anadan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb. Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub. Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar