Xəbər lenti
"Bir neçə dəfə İslam Kərimovla üzbə-üz... " - Ali Sovetin sabiq sədri
“İslam Kərimovdan sonra Özbəkistan hakimiyyətinin xarici siyasətində böyük dəyişiklik gözlənilir”.
Manevr.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında Azərbaycan Ali Sovetinin sabiq sədri, 1992-ci ildə Azərbaycan Prezidentinin səlahiyyətlərinin icra etmiş Yaqub Məmmədov Özbəkistan prezidenti İslam Kərimovun vəfatına münasibət bildirərkən deyib.
Y.Məmmədov bildirib ki, Özbəkistanda yeni prezident kim olacaqsa, orada fərqli proseslər gedəcək: “İndi baxır ki, Özbəkistanda prezident kim olacaq. Mətbuatdan oxuyuram, indi ən çox hazırkı baş nazirin prezidentliyə adı hallanır. Ancaq bunu dəqiq bilmək olmaz. Özbəkistanda fərqli proseslər də baş verə bilər. Vaxtilə Türkmənistanda da prezidentliyə əsas namizəd kimi başqa adamların adı hallanırdı. Ancaq prezident ayrı şəxs oldu. Ona görə də indidən prezidentin dəqiq kim olacağını heç kəs deyə bilməz. Yəqin ki, İslam Kərimovun əvvəldən öz yerinə hazırladığı şəxs var. Proseslərin sonunu gözləmək lazımdır”.
Y.Məmmədov İslam Kərimovla bağlı xatirələrini də bölüşüb: “İslam Kərimov xalqını və dövlətini sevən çox təcrübəli və tələbkar dövlət başçı olub. Mənim onunla şəxsi dostluğum olmasa da rəsmi təmaslarımız olub. Bir neçə dəfə İslam Kərimovla üzbəüz görüşüm olub, həmçinin onunla telefonla da danışıqlarımız olub. Mən 1992-ci ildə Daşkənddə İslam Kərimovla görüşmüşdüm”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar