Xəbər lenti
Qışqırıq səsləri eşidib məzarı açdı, ancaq... - Şok hadisə - Foto
Manevr.az xəbər verir ki, Latın Amerikası ölkəsi Hondurasda qəribə hadisə baş verib.
Belə ki, 3 aylıq hamilə Neyi Perez adlı 16 yaşlı gənc qızın ağzından anidən köpük gəlməyə başlayıb. Evə çağırılan keşiş Neyinin həyatını itirdiyini söyləyib. Xəstəxana da Nesininin öldüyü təsdiqlənib.
Neyi Pereze gəlinlik paltarı geyindirərək tabutu birlikdə beton bir məzara basdırıblar. Neyinin dəfnindən bir gün sonra məzarını ziyarətə gedən əri Rudy Gonzales məzardan səslər eşidib. Əri həmin anı belə danışıb: "Əlimi onun məzarının üstünə qoyanda içəridən səslər eşitməyə başladım, səs-küy salır və onu xilas etməyimiz üçün fəryad edirdi. Onu bir gün əvvəl dəfn etmişdik, birdən ümidləndim".
Bu səslərin ardınca əri ağır çəkiclərlə məzarı qırmağa başlayıb və məzarın sonra tabut çölə çıxarıb. Ailə vaxt itirmədən gənc qızı xəstəxanaya aparıb. Ancaq müayinədən sonra heç bir həyat əlaməti aşkarlanmayıb. Doktor Claudia Lopez "Hər kəs gənc qızın yaşadığını iddia edirdi. Mən də lazım olan bütün prosedurları yerinə yetirdim. Amma möcüzə olmadı" deyə məlumat verib.
Ölmüş olduğu açıqlanan Neyi yenidən basdırılıb. Anası Mariya Gutierrez isə qızına toxunanda onun hələ də isti olduğunu bildirib və bunları söyləyib: "Hər kəs onun həyata qayıtdığını deyirdi. Hamımız çox sevinmişdik və mən də qızıma yenidən qovuşdum deyə düşünürdüm".
Ana Gutierrez, qızının ilk basdırılanda hələ sağ olduğuna inanır. Həkimlər isə Neyi Perezin kliniki ölüm keçirməsi səsəbiylə, ya da ümumi bir əzələ iflici keçirmiş ola biləcəyəni, bu səbəbdən də onun ölü hesab edildiyini açıqlayıb.(Moderator.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar