Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərli gənc ABŞ Universitetinin Siması seçildi – Ayan Hüseynlinin İlhamverici hekayəsi -VİDEO

Tarix: 18-05-2025 19:29     Baxış: 3164 A- / A+

             Kəlbəcərdən olan məcburi köçkün Ayan Hüseynli ABŞ-ın nüfuzlu “The New School” Universitetində Beynəlxalq Əlaqələr üzrə magistr təhsilini uğurla başa vuraraq universitetin 2025-ci il üzrə rəsmi siması seçilib. Bu nailiyyət onu yalnız təhsil uğurlarına görə deyil, həm də güclü həyat hekayəsinə görə fərqləndirib.
Manevr.az bildirir ki, Ayan Hüseynli Kəlbəcər rayonundan məcburi köçkün düşmüş ailənin övladıdır. O, gənc yaşlarından beynəlxalq əlaqələr və humanitar dəyərlərə maraq göstərib. Orta təhsilini Heydər Əliyev adına liseydə başa vuran Ayan, 2019-cu ildə ADA Universitetinə qəbul olunaraq Beynəlxalq Münasibətlər üzrə bakalavr təhsilinə başlayıb və 2023-cü ildə məzun olub.
2024-cü ildə ABŞ-nin Nyu York şəhərində yerləşən “The New School” universitetində magistr təhsilinə başlayan Ayan Hüseynli, burada da akademik uğurlarını davam etdirib və proqramı cəmi bir il ərzində yüksək göstəricilərlə başa vurub. Universitet rəhbərliyi onun həm təhsil göstəricilərini, həm də ictimai fəallığını nəzərə alaraq onu 2025-ci ilin siması elan edib.
Ayanın Qarabağ bölgəsindən olması və bu mötəbər statusa layiq görülməsi ermənilərin etirazına səbəb olsa da, onlar istəklərinə nail ola bilməyib. O bildirib ki, köçkünlük onun üçün yalnız bir ailə tarixçəsi deyil, eyni zamanda bir missiyadır – susdurulmuş səslərin dünyaya çatdırılması missiyası:
“Biz köçkünlüyün qeyri-müəyyənliyini, yurd həsrətini yaşamışıq. Amma öyrəndiyim ən böyük həqiqət budur ki, ev sadəcə bir məkan deyil. Ev – səninlə birgə dayanan insanlar, əlindən buraxmaq istəmədiyin xəyallar və səni irəli səsləyən məqsəddir”, – deyə Ayan Hüseynli qeyd edib.
Beynəlxalq münasibətlər sahəsini seçməsinin səbəblərindən danışan Ayan bildirib: “Məqsədim münaqişə, ədalətsizlik və köçkünlük səbəbilə susdurulmuş insanların səsi olmaq idi. Bu yol məni BMT ilə əməkdaşlığa və beynəlxalq platformalarda fəaliyyətə gətirib çıxardı.”
Ayan Hüseynli əldə etdiyi bilik və təcrübəni doğma ölkəsinin inkişafı naminə istifadə etməyi planlaşdırır.


        
    
    




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar