Xəbər lenti
“Gülən məktəblərini ilk dəfə İslam Kərimov qapadıb” - Politoloq
“Ağır vəziyyətdə olduğu və ya artıq vəfat etdiyi iddia edilən Özbəkistan prezidenti İslam Kərimov xarici siyasətdə ehtiyatlı olduğu qədər ilkin illərdə manevrləri sevirdi, sanki nəbz yoxlaması həyata keçirirdi. Misal üçün bir ara Özbəkistan hətta GUAM-a da üzv olmuşdu. Ancaq az sonra Daşkənd xüsusi izah vermədən bu qurumu tərk etdi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq əlavə edib ki, Daşkənd gah Rusiya, gah da Amerika ilə yaxınlaşırdı: “Hiss olunurdu ki, İslam Kərimov hansısa dövlətlə xüsusi münasibətlərin qurulmasına çalışmır. Yəqin, bu yaxınlığın gələcəkdə Özbəkistan üçün təhlükəli ola biləcəyini zənn edirmiş.
Özbəkistan türkcə danışan yeganə dövlətdir ki, türkdilli dövlət başçılarının zirvə toplantısına qatılmır. Digər tərəfdən Gülən şəbəkəsinə bağlı məktəblərin tamamını ölkəsində qapadan da ilk dəfə İslam Kərimov olmuşdu. Halbuki, onlara ən münasib şəraiti yaradan da Kərimov idi.
Ankara bu qərara görə o zaman İslam Kərimova qəzəbli idi. Ancaq üstündən illər keçdikdən sonra Ankara Kərimovun gördüyü işi daha geniş miqyasda Türkiyənin özündə həyata keçirir. İslam Kərimovun varisinin ölkəsinin xarici siyasətində ciddi dəyişiklik etməyəcəyini və Kərimov qədər ehtiyatlı olacağını zənn edirəm. Daşkənd Rusiya və Qərblə yenə məsafə saxlayacaq, bəlkə, türkdilli dövlətlərlə interqasiya məsələsində yenilik mümkündür”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar