Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aclıq edən Akif Çovdarovu zorla yedizdirəcəklər

Tarix: 30-08-2016 08:45     Baxış: 4477 A- / A+
Aclıq edən Akif Çovdarovu zorla yedizdirəcəklər


“Cəzaların İcrası Məcəlləsində belə bir qayda nəzərdə tutulub”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində olan cinayət işinin materialları ilə tanış olmanı dayandırıb.

Bunu APA-ya açıqlamasında Akif Çovdarovun vəkili Sadiq Rəsulov deyib. Vəkil bildirib ki, müvəkkilinin səhhəti ağır olduğu üçün cinayət işinin materialları ilə tanış ola bilmir: “Bilirsiniz ki, Akif Çovdarov bir müddətdir aclıq aksiyasına başlayıb. Hazırda aclıq aksiyasını davam etdirir. O, bir neçə xəstəlikdən əziyyət çəkir. Aclıq aksiyası isə səhhətinə daha pis təsir edir. Hazırda Bakı İstintaq Təcridxanasının sanitar hissəsində saxlanılır” .

Vəkilin açıqlamasından göründüyü kimi, iş materialları ilə tanış olma məsələsində istintaqın mövqeyi ilə Akif Çovdarovun mövqeyi haçalanır. Odioz general xəstəliyini əsas gətirməklə iş materialları ilə istintaqın təyin etdiyi vaxta - avqustun 30-na qədər tanış ola bilməyəcəyini bəyan edir. Bu müddət bitəndən sonra A.Çovdarov işlə tanış olmadan işin məhkəməyə göndərilməsinə qanunda münasibət necədir?

Çovdarov işlə tanış olmasa...

“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas Müzəffər Baxış deyir ki, qanunla təqsirləndirilən şəxs, bu, halda A.Çovdarov işlə tanış olmadan iş materialları məhkəməyə göndərilə bilməz: “Göndərəcəklərsə, bu qanun pozuntusu olacaq. Normal dövlətlərdə belə məsələlər Cinayət Prosessual Məcəllənin (CPM) kobud pozuntusu kimi qiymətləndirilir. İş bu şəkildə məhkəməyə göndərilsə və vəsatət qaldırılsa ki, Akif Çovdarov cinayət işinin materialları ilə tanış olmayıb, bu, CPM-in 303.3.1 maddəsinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndiriləcək. Bu halda məhkəmə iclasının hazırlıq iclasında məhkəmə işə baxılmasına xitam verməlidir və işi təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi üçün istintaq orqanına göndərməlidir. CPM-in 303.5-ci maddəsinə görə, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verildikdə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqda o, prokurorluğa daxil olduğu vaxtdan istintaq müddəti əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır. Amma Azərbayan məhkəmələrinin hazırkı durumunu nəzərə aldıqda, inanmıram ki, məhkəmə hazırkı cinayət işinin baxılmasına xitam versin və iş materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarsın. Bu olmayacaq. Məhkəmə bu məsələni ört-basdır edəcək və üstündən keçməyə çalışacaq”.

Odioz general aclığı dayandırmasa...

Akif Çovdarov iş materialları ilə tanış olmasına şərait yaradılması tələbi ilə avqustun 19-dan başladığı aclıq aksiyasını davam etdirir. Artıq 10 gündür ki, o, acdır və bu onun sağlıq durumunu ağırlaşdıra bilər. Vəkili Sadiq Rəsulov israrla onun sağlıq durumunda problemlərin olduğunu, onun görüşə sərbəst gəlmək iqtidarında olmadığını deyir. Vəkilin dediklərindən belə anlaşılır ki, A.Çovdarov aclığı davam etdirsə, onun sağlıq durumu son həddə qədər pisləşə, hətta kritik duruma çata bilər.

Bu halda aclıqdan əldən düşmüş, içində adam oğurluğu ittihamı da daxil olmaqla, Cinayət Məcəlləsinin 10 maddəsi ilə ittiham edilən Akif Çovdarovun zorla yedizdirilməsinə qanun icazə verirmi?

Aclıq edən Akif Çovdarovu zorla yedizdirəcəklər


Müzəffər Baxış deyir ki, qanunda belə bir hal nəzərdə tutulub və onu məcburi qaydada yedizdirə bilərlər: “Cəzaların İcrası Məcəlləsində (CİM) belə bir qayda nəzərdə tutulub. Düzdür, Akif Çovdarov hazırda cəzaçəkmə müəssisəsində cəza çəkmir. Amma ona məcburi yedizdirilmə proseduru tətbiq oluna bilər. CİM-ə görə, əgər aclıq nəticəsində şəxsin səhhəti üçün hər hansı bir problem yaranarsa, əgər təsdiqlənərsə ki, aclıqdan şəxsin səhhəti üçün ciddi problemlər yaranıb, bu halda məcburi şəkildə qidalandırıla bilər. Bunun üçün həkimlər Akif Çovdarovun aclıq etməsinin onun səhhəti üçün ciddi problem yaratması haqda rəy verməlidirlər. Bundan sonra məcburi qaydada yedizdirilmə proseduru həyata keçirilir”.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov A.Çovdarovun aclıq keçirməsi ilə bağlı suala cavab olaraq bildirib ki, bu məsələ ilə bağlı heç bir rəsmi müraciət olunmayıb: “Aclıq aksiyası keçirmək məhkumun haqqıdır. Yalnız məhkum aclıq aksiyası edərkən cəza çəkdiyi, saxlanıldığı yerin rəhbərliyinə müraciət etməli, məktub yazaraq hansı səbəbdən aclıq aksiyası keçirməsini göstərməlidir. Bundan sonra ona həkim ayrılaraq, nəzarət edilir. Akif Çovdarovla bağlı hələ heç bir müraciət edilməyib”.

Xatırladaq ki, A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub. 2015-ci il noyabrın 15-də Səbayel Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan barəsində seçilmiş həbsqətimkan tədbiri 2 dəfə artırılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar