Xəbər lenti
Aktau şəhərində 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar tədbir keçirilib -fotolar
Manevr.az xəbər verir ki, 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunda tədbir keçirilib. Tədbirdə Aktau şəhərinin 6 saylı məktəbində fəaliyyət göstərən Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin tədrisi üzrə “Bazar günü məktəbi”nin şagirdləri, azərbaycanlı uşaqlar və onların valideynləri iştirak edirdilər.
Baş konsulluğun rəhbəri Elxan Zeynalov açaraq, Azərbaycan Respublikasında uşaqlara olan dövlət qayğısından danışaraq, ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasında uşaqlarla bağlı həyata keçirilməyə başlanılmış siyasət, 19 may 1998-ci ildə “Uşaq hüquqları” haqqında qəbul edilmiş Qanun haqqında məlumat verdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uşaqlara göstərilən diqqət və qayğısını diqqətə çatdırdı.
Daha sonra, Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısından bəhs edən film nümayiş etdirilmişdir.
Azərbaycan dilində şeir və Azərbaycan haqqında rəsm müsabiqələrində qalib gəlmiş uşaqlara Baş konsulluğun xatirə hədiyyələri və Azərbaycan haqqında suvenirlər təqdim edildi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar