Xəbər lenti
Qazi kəndin şəhid evləri
Ötərxan ELTAC
(birinci hissə)
“Sanki buradan vəhşi bir qəbilə keçib”- dəmir yumruqlu Paşamız demişdi. Həqiqətən də Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı ərazilərinə ayaq basdıqca, vəhşi qəbilənin vandallığına, qisasçılığına, ekoterrora, tarixi abidələrin, məzarlıqların yox edilməsinə şahidlik etdikcə, düşmənə olan nifrət birə-beş artır. Bu da Laçın... adı ilə qürur duyduğum, bənzərsiz mənzərəsi ilə öyündüyüm, yeraltı-yerüsrü sərvəti, şəfa qaynağı olan İstisuyu, narzan bulaqları, mineral suları ilə hətta yadellilərin göz dikdiyi, qayası qartallı, mayası halallıqdan yoğrulan Həkəri nəğməli Laçın... Düşəmən üçün qara qapıya çevrilən, hər daşı, qayası, ağacı, kolu keçilməz səngər olan Laçın...
Himayədarlarına arxalanan mənfurların caynağına keçsən də qurdağızlı, diziqatlanmaz, halaypozan oğulların sayəsində qüdrətini görk elədin. Təravətini özünə qaytardın, nurunu ətrafa çilədin, sevgini əsirgəmədin doğmalarından. İncikliyini kənara buraxıb bağrına basdın balalarını. Biz də ürəklənib üz sürtdük torpağına, daşına, duyduq nəfəsini, hiss etdik hərarətini müqəddəs Laçın... Canımıza can, qanımıza qan, gözümüzə nur, dizimizə təpər, qolumuza güc gəldi. Ürəyimiz şadlandı, fərəhimiz qanad açdı göylərə, axı sənə dönmüşük, doğma Laçın... Baldırğanın suyu ilə əllərimi yudum, əllərim yara toksün deyə, çünki çox həsrətində olmuşdum. Gicitkən əlimi daladı, otun qılpını ayağımı sardı, itburnu
tikanı dizlərimə batdı, zəhərli dəlibəngin qozasını yarıb toxumlarına sürtdüm əlimi, qurumuş cacığın, piltanın toxumunu çiynəyərək ətrini duydum, Zabuxçaya enib əl-üzümü yudum, dodaqlarımı söykəyib buz suyun yanaqlarından öpdüm. Doya-doya çəkdim içimə. Dişlərim donsa da, içim sərinlədi. Heç dodaqlarımı ayıra bilmədim ömürlərə ömür qatan şırıltından. Qarıqışlaq kəndinə çatanda növbəti dəfə qəhər boğdu məni, bu dəfə
hönkürtümə hakim ola bilmədim.
...Bu da kəndimizin qənşərindəki qoç buynuzunu xatırladan qoşa Qalacıq. Qarıqışlaqdan baxanda apaydın görünür. O aydınlığa doğru gedirəm. Orada doğulduğum, böyüdüyüm və xatirələrimin beşiyi olan Quşçu kəndi gözləyir məni.
Ana oğlunu gözləyən kimi...
Dağın sinəsi ilə Mirik kəndinə tərəf irəlilədik. Sol tərəfdə Bozlu kəndi apaydın görünürdü. Allahverdi əyləci basdı. İlqar da, Zakir də çayın sahilində bir zaman yaşıllıqlar adası kimi görünən Bozlunu obyektivin yaddaşına köçürməyə çalışdı. Elə bu dəm başqa bir avtomobilin əyləci basıldı. Mirik kənd sakini Xəqani Əjdər oğlu idi. Doğma hisslərlə basdıq bağrımıza bir-birimizi. Kəndin girişində şəhidləri ziyarət etdikdən sonra 4-cü əsrin yadigarı olan tarixi abidəni də obyektivin yaddaşına köçürdük.
...Kəndin içindəki Quşçu körpüsünü keçib Sarıtəpədən Palçıqlıya endik. Palçıqlı bulağı bir yana, bəlkə də uzun illərdən bəri heç kimin ziyarət etmədiyi Südlü bulaq üçün burnumun ucu göynəyirdi. Kol-kos o qədər basmışdı ki, yarıb qurtaracağında yerləşən Südlü bulağı tapa bildim. Daşdan, kol-kosdan təmizləyib bərpa etsəm də, axışında sanki bir ümidsizlik vardı. Çeçələ barmaq qədər axan suyun adi bir yarpağa gücü çatmırdı. Əsas o idi ki, qurumamışdı hələ, sakinlərinə qovuşmaq üçün bu günə qədər ağlamış, sızlamışdı. Palçıqlıda isə həyat qaynayırdı,
əllərimi, dizlərimi yerə qoyub buz suyu o ki var çəkdim çiyərlərimə. Ən bəxtəvər
anlar idi.
31 il 2 ay 20 gün idi ki, əzəmətli dağların yeli daramırdı saçımı, 31 il 2 ay 20 gün idi ki, əlçatmaz dağlardan əsən yellər oxşamırdı yanağımı, 31 il 2 ay 20 gün idi ki, füsunkar meşələrin ənginliklərində vəhşi qurdların ulartısını, kəkliyin, turacın, bildirçinin qaqqıltısını eşitmirdi qulaqlarım. Düz 31 il 2 ay 20 gün idi ki, paytaxtımızın neft qoxulu havası ilə qidalanan çiyərlərim dağ havasına həsrət qalmışdı. Düz 31 il 2 ay 20 gün idi ki, uşaqlığımı, yeniyetməliyimi, hətta gəncliyimi itirdiyim “xatirələr beşiyində” yırğalana bilmirdim. Düz 31 il 2 ay 20 gün idi ki, diş göynədən buz bulaqların səcdəsinə enəcəyim günü səbirsizliklə gözləyirdim. Ana sandığım Vətən torpağının köksünə sığınıb mışıl-mışıl yatacağım gün üçün 31 il 2 ay 20 gün gözləməli idimmi?! Korca bulağın, Böyük bulağın ömürlərə ömür qatan bal suyunu dadmaq üçün, uca çinarların kölgəsində sərinləmək, almanın, armudun ətrini duymaq, qantəpərin, kəklikotunun, zirənin, ətotunun və adını bilmədiyim çiçəklərin təravətində bihuş olmaq üçün 31 il 2 ay 20 gün iztirablara, ağrı-acılara qatlaşmalı idimmi?! Bəlkə də hə. Çünki uca Tanrının izni olmadan ağacdan yarpaq düşməz. Vaxt-vədə yetişməsə meyvə sulanmaz, gecə ömrünü başa vurmasa günəş doğmaz. Tumurcuq pardaqlanmasa çiçək açmaz,
çiçək açmasa, ətri yayılmaz.
Düşmən caynağında tapdalanan torpaqların iniltisi, itkin və əsir düşən oğul və qızların fəryadı, şəhid olan azman oğulların barışmaz ruhu, hələ də vücudunda qəlpə gəzdirən qazilərin, bu günü görməyə ömrü yetməyən fədailərin, vətən deyə-deyə həyatla vidalaşan ata-analarımızın, qardaş-bacılarımızın və bir də genetik kodumuzun açarı olan qeyrətimizin vəcd halı zamanın çarxını geri döndərməyi bacardı. Bu illər ərzində sızlamaqdan kor olan çeşmələr də az olmadı.
Yaylaqlarımızdakı Göybulaq, Yuxarı Sona bulağı, Aşağı Sona bulağı, Quru dərədəki bulaq, Bebudalı bulağı, İyli bulaq kimi gur çeşələr sanki düşmənə xidməti özlərinə ar bildilər. Dağlardan yağış da perik düşdü, barmaqları donduran qar da.
Hansı ki, illərlə üst-üstə qalaqlanan qar yazın xəfif yelində əridikcə, çeşmələrin də suyu artırdı, çayların da. Mənfurların murdar nəfəsi sanki dağları da qar üzünə həsrət qoydu. Ayaqları dəydiyi yer xarabalığa çevrildi. Salam, doğma kəndim, ulu Quşçum. Nə yaxşı ki, bu illər ərzində zalım
fələyin yolunu azdıra bildim. Qəmə, qəhərə, dərdə, kədərə qalib gəlib sənə döndüm. O vaxt amansız güllə yağışı altında səni tərk edəndə həsrətimizin bu qədər uzun çəkəcəyinə inanmamışdım. Amma dönəcəyimiz günə varlığım qədər
əmin idim. Etibarsızlıq etdik bəlkə də... Gərək səni tərk etməzdik. Bir ağac qədər vəfa göstərmədik sənə. Düşmən gülləsindən deşik-deşik, cadar-cadar olan ağaclar dözüb tab gətirdi, günəşin istisində qovrulub, susuzluqdan qurusa da, sənə vəfasızlıq etmədi. Tankların gurultusundan axıb dərəyə tökülən daşlar çaylara qarışıb uzaq-uzaq ellərə getmədi. Güllə yağışından qurtulan quşların heç biri isti yuvasını tərk etmədi. Susuzluqdan əziyyət çəkən güllər yerini dəyişmədi. Amma biz insanlar etibarsız olduq. Ritorik düşüncədir, deyilmi?!
Öncə şəhidlər qarşıladı məni. Onların qürurlu baxışlarında bir az utandım. Gec gəldiyim üçün xəcalət çəkdim. Xarabalığa dönmüş kəndin niskil dolu baxışında ərisəm də ümid işartısı vücudumu sardı. Həsrətdən çürümüş ağacları kol-kos əvəz etsə də, qayaları yarıb çıxan ağacların dönməz iradəsi sabaha ümidimi artırdı. Kəklikotu ətirli torpağın səcdəsinə enib bağışlanmağımı dilədim. Üzümü torpağın yanağına sürtüb hərarətini duymağa çalışdım. Sanki torpaq da sevinirdi gəlişimdən, quşların da cəh-cəhi artmışdı elə bil.
Yarpaqların titrəyişindən yaranan musiqi ana laylasını xatırladırdı. Suların şırıltısı ruhları ovsunlayan tilsimə çevrilmişdi. Qazi kəndin ümid dolu baxışında bir nicat vardı. Şəhid evlər isə tarixin həyat hekayəsi kimi yaddaşımızda vərəqlənməkdə idi. Qəribə olan odur ki, elə bil nə kol-kos böyüyüb, nə də ağaclar. Heç elə bil ötən 31 ildə bu yerlərə yağış yağmayıb, qar düşməyib. Heç elə bil bu illər ərzində dərələrdən sel keçməyib. Həyat donubmuş elə bil. Qazi qardaşımız Elsevər Hüseynov ilk dəfə kəndin ziyarətinə gələndə bu anları xatırlatsa da, mənə qəribə gəlmişdi. Gözlərimlə şahidlik etdikdən sonra haqq qazandırdım Elsevərə.
...sonra el ağsaqqalı, dəyərli müəllimim, şair Didərgin Ənvərin əzab-əziyyətlə qurub-yaratdığı imarətinə - uçulub dağılmış ocağına baş çəkdim. Şairin “Ölmək istəmirəm, aman ver Allah” şeiri ilə ruhunu şad eləməyə çalışdım. Qarşıda Korca bulaq gözləyirdi bizi. Qədim tarixə malik abidə-bulağa doğru tələsdim.
Vaxtilə kəndin bir hissəsini təmin etmək gücündə olan bulaqda təəssüf ki, bir damcı su yox idi. Öyrənəndə ki, suyu boru ilə gözətçi məntəqəsinə çəkiblər, ürəyim rahatlandı.
Can xala oğlu Allahverdinin “Hammer”i məhəlləyə burulanda fərəhimdən köksüm qabardı, göz yaşlarım yanağımı islatmasaydı, hıçqırıq boğacaqdı məni. Şahmar kişinin, xalamgilin evini keçib tələsik üzü yuxarı dırmaşdım. Qanqal, kortun və müxtəlif ot bitkilərinin arasında ilişib qalsam da, nəfəs dərmədən evimizə can atırdım.
Bu da ikimərtəbəli tövləmiz. Tavanı, çardağı yandırılsa da, quru divarlar öz möhkəmliyini hələ də qoruyub saxlayır. İçəridə bitən fərqli meşə ağaclarının sıxlığından hərəkət etmək mümkün deyil. Nəhayət, doğulduğum, boya-başa çatdığım evin qarşısındayam. Ev də, həyət də saysız-hesabsız ağacların ümid yerinə, istinadgahına çevrilib.
Salam, evimiz! Salam, nəfəsimiz hopmuş uçuq divar! Salam, uşaqlığımın beşiyi! Salam, müqəddəs ata yurdum! Hıçqırtı “salamı” boğazımda tıxaclayır. Göz yaşları içimə axır.
-Aha, deyəsən qarşıda bir çaydan var. Əyilib öpdüm çaydanın solmuş yanağından. Qismən çürüsə də anamın əllərinin hərarətini duydum onda. Bağrıma basıb söhbətləşdik bir az. Xeyli tənhalıqdan. İsti soba üzərində buğlandığı günlərin xiffətindən söz açdı, can yoldaşı stəkansız, fincansız
taleyindən qəhərləndi. Küncə sıxılıb hicrandan qurtulacağı günü gözləyən çarpayı da, pəncərənin məhəccərləri də, dördgözlü qaz
sobası da, heyvanları suvardığım dəmir vanna da illərin soyuğuna, istisinə dözərək yolumuzu gözləyirmiş sən demə.
İkinci mərtəbəyə çıxan pillələr qismən dağıdılsa da, öz möhkəmliyini qorumaqdadır. O pillələr həm də mənim sirlərimin sirdaşıdır. Sübh günəşini salamlamaq, qarşı dağları seyr etmək, hətta yağışdan sonra səmanı yeddi rəngə bələyən göy qurşağı haqqında min cür nağıllar uydurmaq üçün o pillələr mənə yoldaşlıq etmişdi bir zaman. Çörəkxanada yuva quran qaranquşların gözünə tüstü dolar, boğular deyə, dəfələrlə anama yalvarmışdım ki, orada ocaq çatmasınlar. Alma və armud qaxını, kəklikotunu, qantəpəri, çayçiçəyini, itburnu və həmərsini sərib qurutmaq, cəhrə əyirmək, yun daramaq, yorğan-döşək sərmək üçün ən münasib yer pilləkənin meydançası, yaxud küləfirəngi idi anam üçün. Hərdən süfrə salıb ətrafında bardaş qurardıq. Ən maraqlısı o idi ki, qonşu evlərin arasında hasar yox idi. Nərd oynamaq, çay içmək, yaxud kabab çəkmək üçün qonşu qonşuya əl edərdi ki, adla bəri. Yəni bir təhnənin çörəyi həm də digər qonşu üçün idi. Yaxud iki qonşuda bir inək vardısa, hər ikisinin evində ağartı bol olardı. Hələ bu yerlərin dərmansız, gübrəsiz dadlı meyvələrdən danışmıram.
Beləcə, həmin pilləkəndə uşaqlığımın xatirələrini yenidən vərəqləməli oldum. Artıq göz yaşlarımı təbəssüm əvəzləmişdi.
Növbəti gün yaylaqlara üz tutduq. Kəndin simvoluna çevrilən, uzun əsrlərdən bəri əzəmətini itirməyən Tək ağaca (pir) sarılıb səcdəsinə endik. Qollarımızı açıb sərin yeli içimizə çəkdik. Otun, torpağın qoxusunu daddıq. Sonra Quru göldən, Təpələrdən, Bayram dərəsindən, Arpa
dərəsindən, Göybulaqdan, Aşağı Sona bulağından, Quru dərədən keçib Zabux yurduna – alaçıq qurduğumuz ocaqlara baş çəkdim. Qalaqlar, ağıllar, kürnəş yerləri, ocaq daşları ard-arda sıralandıqca, qəhər boğdu məni. Bir anlıq mənə elə gəldi ki, Bozdağın sinəsindən atamın harayını eşidirəm,
gözümü çevirib çınqıllı zirvəyə boylandım. Daşlar həqiqətən də qoyun sürüsünü xatırladırdı. Çoban tütəyinin səsi qulaqlarımı cingildətdi. Qartalın, daha dəqiq desək şahinin qıyı sanki yuxudan oyatdı məni. Onda hiss elədim ki, yaşıllıqlara bələnmiş dağlarda şahindən və məndən başqa
kimsə yoxdur. Şahinlə eyni məkanda nəfəs almaqdan qürur duydum bir anlıq.
Zabux yurdundakı yeganə su mənbəyini tapmaq elə də çətin olmadı. Divar uçulub dağılmış, hər tərəfi kol-kos, cil basmışdı. Bulağın gözünü daşlardan təmizləyib balaca arx düzəltdim ki, axlımı olsun. Əllərimi buz suda yuduqca sanki yanağıma bir təbəssüm qonmuşdu. 31 il 2 ay 20 gündən sonra bu yerlərin bəlkə də ilk sakinini, ilk qonağını qarşılayırdı bulaq. Sanki fərəhindən şırıltısı artmaqda idi.
Daşlar qarşısını kəsdiyi üçün axa bilmirdi, ona görə də xeyli zəifləmişdi gur bulaq. Şırıltı artdıqca qışların cəh-cəhi, cırcıramaların cırıltısı, ətcəbalaların civiltisi də artmaqda idi. Xəfif-xəfif əsən mehdən titrəşən qantəpər sanki rəqs edirdi. Kəklikotunin, sarıçiçəyin ətri ovsunçu kimi yoldan eləyirdi gələn qonağı. Vəhşi bal arılarının vızıltısı da musiqi kimi axıb dolurdu könüllərə. Bildirçinlərin pırıltısı məni diksindirməsəydi bəlkə də ecazkar təbiətin sehrində tilsimlənəcəkdim. Geri dönməkdə idim ki, Quru dərənin qarşı dikdirində kimsə əl eyləyirdi. Canavara,
ayıya rast gələcəyimdən ehtiyatlanan Ziyad arxamca gəlirmiş sən demə. Nəhayət, günümüzü Göybulaqda şəkilləndirib, Laçının briliyantı olan Qaragölə də baş çəkdik. Dəvəboynu, Qaraçılar, Ayı dərəsi, İşıqlı dağı və buzlu bulaqla qarşı-qarşıya durub salamlaşdıq. Kovrək duyğular ruhumuzu sarsa da, uşaqlıq xatirələrimizin duruluğu gözlərimizin nəmini qurutdu. Geri döndük. Torpağın özünəməxsus qoxusu, çiçəklərin ətrinə qarışmışdı. Yüksəklikdən baxanda güclə sezilən xaraba kəndlər Səttar Bəhlulzadənin rəsm əsərlərini, yaxud da Mendeleyevin cədvəlini xatırladırdı, nədənsə mənə elə gəldi. 31 il 2 ay 20 gündən sonra dağlarda göy gurultusuna şahidlik edirdim, can xala oğlu sükanın arxasına keçər-keçməz həzin bir musiqi axtarışında idi. Amma icazə vermədim, göy gurultusu və təkəmseyrək yağış damcıları, quşların cikkiltisi musiqi deyildimi?!. Əllərimi göylərə acıb dərindən nəfəs aldım, içim sərinlədi, tək ciyərlərim deyil, ürəyim, ruhum da sərinlik tapdı. Sanki danyanın ən bəxtəvəri
idim o anda. 31 il 2 ay 20 gün ərzində ilk dəfə idi ki, dağ havasında bu sərinliyi duyurdum.
Bizdən bir qədər aralıda güclü yağış yağırdı, sanki buludlar axıb tökülürdü dərəyə. Qəribə və maraqlı mənzərə idi, göy qurşağı da rəng qatırdı bu gözəlliyə.Bir neçə saat öncə Qaraxangörükəndə Rəhimin qonağı idik. Çəpiş buğlamasının dadı hələ damağımızdan getməmişdi. Qaragöldən dönərkən yenə də Rəhimə baş çəkməli olduq. O arada yağış o ki var yuyub paklamışdı hər tərəfi. Mirik, Bozlu və Qalaça kəndləri də çimib durulanmışdı. O zaman Tanrıya əl açıb yalvarmışdım ki, İstisuya yağmasın, çünki kəklikotu, qantəpər, çayçiçəyi, itburnu, həmərsin və ətotu sərmişdim - quruması üçün. Yağış yağsaydı, məhv edəcəkdi hamısını. Nə yaxşı ki, ulu Tanrım səsimi eşitmişdi.Ertəsi gün Minkənd çayının axışının əksinə olaraq yola çıxdıq. Minkəndli seyid Mirələm əminin şirin söhbətinə qonaq olduqdan sonra tarixi abidəni – bir
tağlı körpünü və 30-40 metrlikdəki yarıuçuq məbədi ziyarət etdik. Alban dövrünün qalıqları olan bu abidələr haqqında ətraflı məlumat çatdıra bilməsəm də, əcdadlarımızın nişanəsi olduğuna şübhə yoxdur. “Ay oğul, deyirlər ki, bu abidə hələ alban dövründən əvvəl tikilib, heyif ki, baxımsızlıq ucbatından bu günə düşüb” – deyə arıçı baba onu da əlavə etdi ki, bu yerlər əfsanələrlə doludur,
axtarıb, araşdıran oğul gərəkdir.
...üz tutduq Abadxeyir dərəsinə, Ağbulağın üç yüz metrliyinə qədər irəliləsək də, kol-kosu, insan boyunu keçən otları yarıb yerimək mümkün olmadı.
Gur suda əl-üzümüzü yuyub fərahlandıq. Dağların təmiz havasında ciyərlərimizi şənləndirib geri döndük. Qaranquş yuvaları ilə bol olan qoşa kahanı ziyarət edərək ətcəbalalara da salam verdik. Bu yerlərdə uzun illər qanlı toqquşmalar baş versə də, xoşxəbərlər isti yuvasını tərk etməmiş, mağaralara sığınıb yurdun sakinlərini gözləmişlər. Alaçıqda gecələyən hər kəs gözəl bilir ki, yağış damcıları çadırın üstünə düşdükcə ruha layla çalan bir musiqi yaradır. Yağış artdıqca alaçıqdan sallanan qotazların titrəyişi də peşəkar bir rəqqasın şıdırığı rəqsinə bənzəyir. Nəm çəkməsin deyə alaçığın bir küncündən asılan şəkər, şirniyyat, meyvə torbalarının yellənməsi isə havası sümüyünə düşməyən naşı bir oyunçunun gülüş doğuran yersiz hərəkəti kimidir. 31 il 2 ay 20 gündən sonra o anlara şahidlik etmək bəxtəvərlik deyilmi?!
...Təxminən arası 100-120 metr olan üç fəvvardədn ibarətdir İstisu. Hər biri də fərqli xəstəliklərə məlhəmdir. Biri mədə-bağırsaq, digəri baş-burun-qulaq, üçüncüsü isə dəri-zöhrəvi xəstəlikləri üçün şəfa qaynağıdır. Əsa ilə və xərəkdə gələn neçə-neçə insan sağlamlığına qovuşub o loğman sularda.
Laçın... şir biləkli, qurd ürəkli oğulların sayəsində yenidən boy atdın. Doğma balalarını bağrına basdıqca, səsin-sorağın məmləkəti bürüdü. İsti qucağına baş qoyanlar səndən ilhamlanıb köhnəlik üzərində yeniliyi bərpa etdilər. Küçələrin çıraqban oldu, döngələrin aydınlığa çıxdı, dalanların işıqlandı. Yüzlərlə ailələr səndə nicat tapdı, ala-yaşıla bələndin. Çünki sənsiz sənlilərin qüdrəti düşməni yenə bildi. Anam Laçın, atam Laçın, bacım Laçın, qardaşım Laçın, bü günüm Laçın, sabahım Laçın, canım Laçın, qanım Laçın. Adın qürurum, fərəhim, qeyrətim,
kişiliyimdir, adına qurban.
...Beləcə beş günlük istirahətimizi başa vurub üz tutduq Kəlbəcərə sarı. Öncə bizi Tutqunçay salamladı. Torpağına diz çöküb şükranlığımızı bildirdikdən sonra Zülfüqarlı İstisuyunda rahatlıq tapdıq. Çayın sahilində sal daşın ortasından qalxan, bəlkə də daşı yarıb çıxan fəvvarə təxminən 40-45 dərəcə istilikdə olsa da, əsrar sular ruhu qidalandırır. Təxminən 7-8 ton tutmu olan daşın çalasından kənara axan su daş üzərində elə naxışlar, bəzəklər, ornamentlər cızıb ki, sanki hər biri qiymətli bir sənət əsəridir. Həqiqətən də bu sənət əsəri uca Tanrının əli ilə çəkilib.
Bənzərsiz, müqayisəsiz bu əsərlər suyun tərkibinə görə qızılı rəngə çalır. Adama elə gəlir ki, fəvvarə də qızıl parçasının köksündən çağlayır. İlk baxışdan çay daşı kimi sürüşkən görünsə də, kərt və dımır-dımırdır, sanki ərp pağlayıb. Ona görə də
üzərində hərəkət etmək təhlükə yaratmır. Axı bura şəfa ocağıdır!
Artıq yola düşəndə şər vaxtı idi. Sıldırım, sərt vahiməli qayaların arasından keçib Ömər yüksəkliyinə doğru irəlilədik. Dolama yollar dağların yaşıl döşündə şəritə bənzəyirdi. Çox heyif ki, az sonra qaranlıq öz yorğanını yerin üzünə çəkəcək, biz də zülmətin rənginə bələnmiş yola işıq tuta-tuta irəliləyəcəyik. Nə dağların əzəmətindən, nə uçurumların vahiməsindən, nə dar keçidlərin xofundan, nə sıx
meşələrin füsunkarlığından, nə də talanmış kəndlərin xarabalıqlarından xəbərimiz olacaq. Yalnız ağır yüklü “Hammer” yüksəkliyə dırmaşdıqca yoxuşun sərtliyini duymaq olurdu. “Aha, çatdıq!”, sürücümüz Allahverdi sol tərəfə boylanmağımızı istədi. “Ömər aşırımı 3260 metr” yazılmışdı. Onda harada olduğumuzun fərqinə vardım. Azman oğulların hansı əziyyətlərə qatlaşaraq bu yüksəkliyi mənfur düşmənlərdən təmizləməsi gözlərim önündə canlandı. Əli boş, piyada bu yüksəkliyi çıxmaq nə qədər çətin olduğu halda, əsgərlərimiz silah-sursat və ərzaq
dolu çantalarla necə fəth eləmişdilər bu zirvəni?! Cavabım bəlli idi, təbii ki, uca Tanrının qüdrəti ilə...
“Hammer” Toğanalıya çatanda gecə saat iki idi. Kürəkçayın sahilində (oteldə) gecələyib obaşdan heç zaman görmədiyim Göygölə baş çəkdik. Əzəmətli dağlar və füsunkar meşələrin dövrəsində Tanrının qüdrəti ilə yaranan gölün ecazkarlığına tamaşa etdik, Doya bildikmi?! Əsla! Günümüzü şəkilləndirib paytaxta yol aldıq.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar