Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ölüm cəzasına məhkum edilmişlərin sifariş etdikləri SON YEMƏKLƏR

Tarix: 14-05-2017 22:11     Baxış: 4484 A- / A+
Ölüm cəzasına məhkum edilmişlərin sifariş etdikləri SON YEMƏKLƏR


İnsan bir-neçə saatdan sonra öləcəyini bilərsə çox çətin ki, ürəyindən hansısa bir yemək keçsin. Keçsə belə, tikəsi boğazında qalar. Amma həmişə belə olmur. Elə insanlar var ki, hətta ölümqabağı menyularının zəngin olmasını arzulayır. Söhbət qocalıqdan, yaxud çarəsiz xəstəlikdən dünyasını dəyişən insanların ölümqabağı yemək istəyindən getmir.

Amerika qanunlarına görə, qatı cinayətlər törədib ölüm cəzasına məhkum olunanlar cəzanın icrasından bir-iki saat əvvəl istənilən yeməklərlə təmin olunurlar. Ancaq bir şərtlə ki, sifariş olunan qida məhsullarının qiyməti 40 dolları aşmasın.

Manevr.az modern.az saytına istinadən mövzu ilə bağlı yazını təqdim edir.

Çox maraqlıdır ki, belə insanlar sonuncu süfrələrini müxtəlif qidalarla bəzəməyə özlərində güc tapırlar.

30-dan artıq insanın həyatına son qoyan, qəsdən adam öldürmə maddəsi ilə ölüm cəzasına məhkum edilmiş Con Qeysi cəzasının icrasından əvvəl təzə çiyələk, kartof qızartması, bir necə növ fast-fud sifariş edib.

Rikki Rey sonuncu menyusunda toyuq qızartmasına və qozlu piroqa üstünlük verib. Toyuq qızartmasını yedikdən sonra nəzarətçiyə deyib ki, piroqu axşama saxlayır. Axşamın onun üçün olmamasını isə o yaxşı dərk edib.

168 nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilatçısı Timoti Makvey ömrünü şirniyyatlarla başa vurub. Son saatda o məmnunniyyətlə şokolad və dondurma yemək istəyini bildirib.

Zorlama və qəsdən adam öldürməyə görə həyatı ilə vidalaşmalı olan Lui Cons ömrünün son anlarında belə, vitaminlərlə qidalanmaq istəyib. O ananas, manqo, kokos da daxil olmaqla müxtəlif meyvələr sifariş edib.

Yaşlı qadını öldürməklə öz həyatına da son qoyan Ferli Matçet ölümqabağı 4 dənə zeytun və bir şüşə mineral su ilə kifayətlənib.

Soyğunçuluq və qəsdən adamöldürmə ilə ittiham olunaraq ölüm cəzasına məhkum olunmuş Steysi Loutonun ömrünün son dəqiqələrində iştahəndan bir banka duza qoyulmuş xiyar keçib.

Bir çox ağır cinayətlərdə əli olan Ceyms Xadsonun son yemək istəyi uyğynsuzluğu ilə fərqlənib. O iki şüşə kola və bir dənə soğan sifariş edib.

Qadın ölümündə təqsirli bilinərək ölüm cəzasına məhkum edilən Dobi Uilyams şirniyyat həvəskarı olduğunu həyatının son dəqiqələrində də biruzə verib. O nə az, nə çox 12 baton şokolad və dondurma istəyini gizlətməyib.

Xenk Skinnerin iştahası isə onu ölümdən xilas edib. Belə ki, bir qadının və onun iki oğlunun ölümündə təqsirli bilinən Xenk ölüm cəzasının icrasından bir saat qabaq öz hüquqlarından istifadə edərək əməlli-başlı əsl restoran sifarişi verib. O özünə üç tikə toyuq qızartması, soma filesi, kartof qızartması, pendir, yumurta, iki ədəd çizburqer və südlü, şokoladlı kokteyl gətizdirib. Qolunu çırmayıb yeməyə girişən Xenk Skinner ikinci çizburqeri yeməyə başlayanda nəzarətçilər onu dayanmağa məcbur ediblər. Belə ki, həmin dəqiqələrdə həbsxanaya onun ölüm hökmünün ləğv olunması ilə bağlı qərar gəlib.

Azadlıqdan 11 il müddətinə məhrum edilmiş Brayan Prays bütün məhkumluq illərində Texas türməsində aşpaz işləyib. Bu illər ərzində o ölüm cəzasına məhkum olunmuş 300 nəfərin sonuncu yeməklərini hazırlayıb. Azadlığa çıxdıqdan sonra xatirələrini yazan Brayan həmin illəri belə xatırlayıb:

“Bu olduqca ağır bir iş idi. Düşünəndə ki, hazırladığın yeməyi yeyən şəxsi bir saatdan sonra öldürəcəklər mənə olduqca pis təsir edirdi. Amma digər tərəfdən məni sakitləşdirən bir məsələ də var idi ki, onların sonuncu sifarişlərini yerinə yetirirdim. Bu illər ərzində 300 nəfər ölüm cəzasına məhkum olunmuş insanın sonuncu dəfə yeyəcəkləri yeməyi hazırlamışam. Onların arasında yeməkdən imtina etmək çox nadir hallarda olurdu. Əksər hallarda hər kəs öz ştatlarının mətbəxlərinə uyğun yeməklər sifariş verirdilər. Əsasən isə qızartmaya və şirniyyata üstünlük verilirdi. Mən çalışırdım ki, ölümlə üz-üzə dayanan bu insanları son dəqiqələrdə, son saatlarda hazırladığım yeməklərlə bir anlığa olsa da fikirlərindən yayındıra bilim”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar