Xəbər lenti
Köhnə "ZİL"i öz toyu üçün gəlin maşını hazırlayır
Lənkəran sakini aldığı 30 illik köhnə ZİL markalı yük maşınına 14 min manat pul xərcləyərək avtomobili saz vəziyyətə gətirib.
Onun bu addımı atmağının maraqlı səbəbi var. Yaxın vaxtlarda ailə həyatı quracaq gənc gəlini bu zil maşınıda gətirəcək.
Manevr.az xezerxeber.az-a istinadən bildirir ki, Lənkəran sakini Pərviz Miriyev özünün toyu ərəfəsində digər hazırlıqlarını kənara qoyub əsas saydığı işlə məşguldur. O, bir neçə il əvvəl aldığı köhnə ZİL markalı yük maşınını gəlin gətirmək üçün hazırlayır.
Pərviz Miriyev bir neçə aydan sonraya planlaşdırdığı xeyir işi üçün yük maşınını rəngləyib, digər işlərini tamamlasa da, kabinəsinə bir az da əl gəzdirəcək.
Bacarıqlı gənc 1988 -ci il istehsalı olan yük maşınını saz vəziyyətə gətirmək üçün bir çox detalını, hətta mühərrikini də dəyişib. Dediyinə görə, bütün bunlar üçün 15 min manatdan çox xərc çəkib.
Lənkəranın Şirinsu kənd sakini 28 yaşlı gəncin toy mərasimi avqust ayında olacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar