Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Gənc qız meymunla evləndi – AZƏRBAYCANDA

Tarix: 26-04-2017 17:57     Baxış: 5442 A- / A+
Gənc qız meymunla evləndi
Goranboy rayonunda fəaliyyət göstərən iş adamı, bir neçə şirkətin sahibi, “Galib Group” MMC-nin rəhbəri Qalib Mustafayevin Doberman cinsindən olan itlərinin şərəfinə qurduğu toy məclisi geniş müzakirə mövzusu olaraq qalır.
Bu hadisə ətrafınfa müzakirələr davam edərkən, məlum olub ki, Goranboyda heyvanlara “toy” çaldırmaq ənənəsi çoxdan mövcuddur.
Bu haqda Modern.az-a hazırda Goranboyda yaşayan Azərbaycanın Milli Qəhrəmanı Maşallah Əhmədov bildirib. O, deyib ki, həmin xoşagəlməz hadisəni gerşəkləşdirən adam da vaxtilə Milli Qəhrəman olub: “İllər əvvəl Rasim Əkbərov meymunla gənc qızı evləndirmişdi. O hadisənin kasetləri əllərdə gəzirdi. Goranboyda onu çox qınadılar. O vaxt dövlətə qarşı çıxışlar etmişdi, keçmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilmişdi. Hətta məhkəmədə də ifadəm zamanı bildrimişdim ki, adam nə qədər alçaq olar ki, azərbaycanlı qızı meymunla evləndirsin”.
M.Əhmədov deyib ki, R.Əkbərov 7 il həbs yatandan sonra çıxıb, hazırda rayonda yaşayır.

Xatırladaq ki, Goranboy rayonundakı “N” saylı hərbi hissənin sabiq komandiri R.Əkbərova Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə eks-prezident əbülfəz Elçibəyin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Lakin R. Əkbərov 2000-ci il fevralın 8-də dövlət çevrilişinə cəhd maddəsi ilə təqsirli bilinərək, 15 illik həbs cəzası alıb. O, həbs ediləndən sonra Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 18 iyul 2001-ci il tarixli 537 saylı fərmanı ilə “Azərbaycanın Milli
Qəhrəmanı” adından məhrum edilib. R.Əkbərov Prezident İlham Əliyevin 26 avqust 2008-ci il tarixində imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar