Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda “milliyyət” anlayışı ləğv edilir

Tarix: 11-04-2017 19:14     Baxış: 3368 A- / A+
Azərbaycanda “milliyyət” anlayışı ləğv edilir
Azərbaycanda mövcud qərarlarda və aktlarda “milli”, “milliyyət” anlayışları müvafiq olaraq “etnik” və “etnik mənsubiyyət” anlayışları ilə əvəz olunur.

APA-nın məlumatına görə, bu dəyişikliklər 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədardır.

Bununla əlaqədar Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası”, “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”, “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”, “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsi”, “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”, “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi” və digər qərarlarında müvafiq dəyişikliklər edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar