Xəbər lenti
Bir şəhid ailəsinin dramı - Kəlbəcərdən olan ailə 24 ildir daxmada yaşayır - FOTOLAR
Düz 24 il əvvəl övladı işğal altındakı Kəlbəcər rayonu istiqamətində şəhid olmuş ailə hələ də yararsız vəziyyətdə olan daxmada yaşayır.
Manevr.az Koordinat.az-a istinadən xəbər verir ki, 1994-cü ilin yanvarında Azərbaycan ordusunun həyata keçirdiyi "Murovdağ əməliyyatı" zamanı şəhid olan Habil Əmralıyevin ailəsi qohumlarının həyatyanı sahəsində qarğı və palçıqdan inşa edilmiş daxmada məskunlaşıb.Şəhidin qardaşı Aqil Əmralıyev bildirib ki, çiy kərpicdən tikilmiş daxmada hazırda 5 nəfər yaşayırr. O deyir ki, işləsə də ailənin aylıq büdcəsi yalnız dolanışıq üçün kifayət edir: “1993-ci ildən Bərdə rayonu Xanərəb kəndində məskunlaşmışıq. 1995-ci ildə qohumların müvəqqəti məskunlaşmaq üçün verdiyi torpaq sahəsində çiy kərpicdən kiçik bir daxma tikdik və o vaxtdan bu daxmada yaşayırıq. Yağış yağanda və külək əsəndə daxma buna tab gətirə bilmir". Atam rəhmətə gedib, hazırda bu daxmada 5 nəfərlik ailə yaşayır anam, mən, həyat yoldaşım və iki övladım”.
Aqil Əmralıyevin sözlərinə görə, dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, evlə təmin edilməyiblər: “Artıq o yer qalmayıb ki, yazaq. Dəfələrlə Nazirlər Kabinetinə, “Qaçqınkom”a müraciət etsək də, hər dəfə müxtəlif bəhanələrlə bizə ev vermədilər. Bizi get-gələ saldılar və növbəniz çatanda veriləcək dedilər”.
Xatırladaq ki, 24 ildir uçuq-sökük daxmada yaşamağa məhkum edilmiş şəhidin atası Xəlil Əmralıiev ötən ilin fevralında dünyasını dəyişib. Xəlil kişi hələ sağlığında evlə təmin olunmaq üçün dəfələrlə Baş nazirin müavini, Qaçıqnların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qəbulunda olub. Komitə sədri Əli Həsənov şəxsən bu ailənin evlə təmin olunacağına söz versə də, vədlər doğrulmayıb və necə deyərlər, şəhid ailəsi hər dəfə aldadılıb. Ailənin sonuncu müraciətinə isə hələ 2015-ci ildə rəsmi cavab verilib. Hələ o vaxt Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsindən şəhidin indi dünyasını dəyişmiş atasının müraciətinə verilən cavab məktubunda bildirilirdi: "Sizinlə eyni vəziyyətdə yaşayan ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə, hündürmərtəbəli yaşayış kompleksləri tikiləndə ərizənizə qanunla nəzərdə tutulmuş qaydada baxılacaq".
Həmin məktubdan bir neçə ay sonra, 2015-ci ilin yayında Bərdədə məskunlaşmış məcburi köçkünlərin daha bir qismi yeni binalarda mənzillə təmin olunub. Amma bu dəfə də Əmralıyevlər ailəsi köçürmə prossesindən kənarda qalıb. "Qaçqınkom" isə hələ də uçuq daxmada məskunlaşmış şəhid ailəsinin evlə təmin olunacağına dair söz verir...
Şəhidin atası Xəlil Əmralıyev isə ötən ilin fevralında elə bu daxmada dünyasını dəyişdi. Ciyərparası olan övladını vətən yolunda şəhid verən atanın cənazəsi çiy kərpicdən tikilmiş daxmadan götürülüb torpaq uğrunda şəhid oğlunun məzarı yanındada qazılmış əbədi evinə yola salındı. Şəhid atasının yas mərasimi isə bu darısqal və uçuq-sökük daxmada verildi...
Sözlə ifadə etmək çətindi. Hüzr mərasiminə gələnləri bu darısqal daxmaya sığışdırmaq sadəcə, mümkün deyildi.
Bu şəraitdə, bu darısqal otaqda yas məclisi yola verməkdən böyük əzab və işgəncə nə ola bilər ki?! Amma başqa çarə yox idi, övladını vətən yolunda şəhid vermiş ailəni çarəsiz durumda qoymuşdu. Dərd dərdə sığmışdı...
Elə indi də Əmralıyevlər eyni şəraitdə yaşayır - həmin darısqal və uçuq-sökük daxmada.
İndi kim getsin Qaçıqnların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qəbuluna? Hər ay evlə təmin olunmaq üçün Əli Həsənovun qəbuluna düşmək məqsədilə Bərdədən Bakıya gələn, tez-tez məktublar yazan şəhid atası da artıq dünyasını dəyişib.
Bir də ki, axı nə qədər aldadıcı vədlər eşitmək olar?!...
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar