Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əli İnsanov məhkəməyə gəlmək istəmir

Tarix: 07-04-2017 17:15     Baxış: 4331 A- / A+
Əli İnsanov məhkəməyə gəlmək istəmir

Bu gün sabiq səhiyyə naziri Əli İnsanovun məhkəməsi keçirilib.

Manevr.az-ın məlumatına görə, Qaradağ rayon Məhkəməsində hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb. Media nümayəndələrinin məhkəməyə buraxılmayıb.

Vəkil Toğrul Babayev jurnalistlərə açıqlamasında bildirib ki, prosesdə sabiq nazirin anket məlumatları dəqiqləşdirilib.

Vəkillər Toğrul Babayev və Ağaveys Şahverdi vəsatətlə çıxış edərək Əli İnsanov barəsində olan cinayət işinə xitam verilməsini və həbs-qətimkan tədbirinin ləğvini tələb ediliblər.

Əli İnsanov isə məhkəməyə gəlmək istəmədiyini deyib.

Vəsatətlər təmin olunmayıb. Məhkəmənin növbəti iclası aprelin 12-nə təyin edilib.

Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.
Ötən il il avqustun 24-də Ə.İnsanova Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.lent.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar