Xəbər lenti
“"Yaxşıyam” deyə bilməyəcəm, çünki artıq pisəm” - Səhhəti pisləşən məşhur diktor

Türkiyədən müayinədən qayıdan Xalq artisti həkim nəzarəti altında müalicə olunur.
Yeniçağ.az-a açıqlama verən xalq artisti Rafiq Hüseynov bir ağciyərlə yaşamağın çətin olduğunu deyib:
“Türkiyədən müayinədən qayıtdım. Onkoloji xəstəliyimlə bağlı vəziyyət dəyişməyib. Üstəlik, başqa xəstəliklər də üzə çıxıb. Gələndən yorğan-döşəkdəyəm. Ayaqlarım tutulub, yeriyə bilmirəm, bir yandan da təngnəfəslik məni əldən salıb; havam çatmır, boğuluram”.
Diktor xəstəxanada müalicə olunmamasına belə aydınlıq gətirib:
“Çoxdan idi ki, məndə bel yırtığı vardı. İndi xəstəlik daha da irəliləyib. Ümumiyyətlə, bu xəstəliyin çarəsi yoxdur. Evdə həkimlərin nəzarəti altında dava-dərman qəbul edirəm. Bundan belə kim məndən soruşsa, “yaxşıyam” deyə bilməyəcəm, çünki artıq pisəm”.
Xatırladaq ki, məşhur diktor ağciyər xərçəngindən əziyyət çəkir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar