Xəbər lenti
Şəhidlik zirvəsinin bir ili - Raquf Orucov - FOTOLAR
Sumqayıt şəhərində 2016-cı ilin aprel döyüşləri zamanı qəhrəmançasına şəhid olmuş kəşfiyyatçı komandir, polkovnik-leytenant Raquf Orucovun ölümünün ildönümü ilə bağlı anım mərasimi keçirilib. Mərasimdə Sumqayıt şəhər və Ağdam rayon İcra hakimiyyətlərinin nümayəndələri, dövlət rəsmiləri, Milli Məclisin deputatları, müharibə veteranları, “N” saylı hərbi hissənin şəxsi heyəti, şəhid polkovnikin ailə üzvləri və yaxınları iştirak ediblər.
Manevr.az koordinat.az-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Sumqayıt şəhərindəki Şəhidlər xiyabanına gələrək polkovnik Raquf Orucovun məzarını ziyarət ediblər. Burada şəhidin məzarına tər çiçəklər düzülüb, onun ruhuna dualar oxunub. Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Qənirə Paşayeva və digərləri kəşfiyyatçı komandirin məzarı önündə çıxış edərək aprel döyüşlərinin əhəmiyyətindən, həmin döyüşlər zamanı hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlardan söz açıblar.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov aprel döyüşləri zamanı qəhrəmanlıq göstərərək şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun Vətən qarşısındakı xidmətlərini yetişməkdə olan gənc nəsil üçün örnək olduğunu söyləyib: “Raquf Orucov Vətəni və torpağı öz canından çox sevən çəsur kəşfiyyatçı, peşəkar komandir kimi hələ sağlığında ad-san qazanmışdı. Ötən ilin aprel döyüşləri zamanı onun cəbhə xəttinin Talış kəndi istiqamətində göstərdiyi qəhrəmanlıqlar haqqında hamı fərəhlə danışır. Kəşfiyyatçı komandir göstərdiyi rəşadətə görə hər kəsin qəhrəmanına çevrildi. Raquf Orucov və digər aprel şəhidləri Azərbaycan xalqının qürurunu, ordumuzun döyüş ruhunu özünə qaytardılar”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da şəhid polkovnikin qəhrəmanlığından söz açıb. O, Raquf Orucovun kəşfiyyatçı komandir kimi daim əsgərlərindən öndə olduğunu, torpaqlarımızın düşməndən azad edilməsi üçün hərbçiləri irəli atılmağa ruhlandırdığını söyləyib: “Məhz Raquf Orucov kimi komandirlər ötən ilin aprelində Azərbaycan xalqına qələbə sevinci yaşatdılar. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun qazandığı qələbə bizim hər birimiz üçün əvəzsizdir. Həmin döyüşlərdə ordumuzun əldə etdiyi nailiyyətlər, əsgər və zabitlərimizin göstərdikləri şücaət, onların qəhrəmanlığı haqqında yəqin ki, hələ çox kitablar yazılacaq, filmlər çəkiləcək. Raquf Orucov kimi Vətən övladları ötən ilin aprelində şəhid oldu. Amma düşmən sevinmədi. Çünki qəhrəman oğullarımız şəhid olmazdan əvvəl torpaqlarımızın bir hissəsini işğalçılardan təmizləmişdi. İndi ildönümünü qeyd etdiyimiz aprel döyüşləri zamanı ordumuz düşmənə layiqli cavab verərək onu geri çəkilməyə məcbur etdi. Ona görə də qoy düşmən sevinməsin, Raquf Orucovun döyüşçü yoldaşlarının, onun yetişdirdiyi hərbçilərin növbəti əks-həmlələri zamanı torpaqlarımız tamamilə işğaldan azad olunacaq”.
Kəşfiyyatçı komandirin qardaşı Zabil Orucov isə şəhid polkovnikin ailəsi adından onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
Anım mərasimi Sumqayıt şəhərindəki mərasim zallarının birində şəhid polkovnikin adına açılan ehsan süfrəsi ilə davam etdirilib. Mərasimə Milli Məclisin deputatları, şəhid polkovnikin xidmət etdiyi hərbi hissənin yüksək rütbəli zabitləri, xüsusu təyinatlı qüvvələrin nümayəndələri də qatılıblar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar