Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Düşənbədə 31 mart Azərbaycanlıların Soyqırımına həsr edilmiş tədbir keçirilib -FOTOLAR

Tarix: 30-03-2017 21:13     Baxış: 3357 A- / A+
Düşənbədə 31 mart Azərbaycanlıların Soyqırımına həsr edilmiş tədbir keçirilib


Manevr.az xəbər verir ki, Azərbaycan Respublikasının Düşənbədəki səfirliyinində 31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr edilmiş tədbirdə bu ölkədə akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri, Tacikistanda yaşayan Azərbaycan icmasının üzvləri, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri və səfirliyin əməkdaşları iştirak edirdilər.

Soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edildikdən sonra , Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının tarixindən danışaraq, tədbir iştirakçılarına ermənilər tərəfindən xüsusilə 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazax bölgələrində azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgələrində minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsi, on minlərlə insanın evlərindən didərgin düşməsi barədə məlumat verdi.

O, həmçinin erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürütduyu etnik təmizləmə və soyqırım siyasətinin bu gün də davam etdiyini qeyd edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə xüsusi seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı faciəsi, Azərbaycan Respublikasının digər rayonlarının işğalı və onların ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən bu etnik təmizləmə və soyqırımının mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğunu bildirdi.

Səfir Abbasəli Həsənov ermənilərin türk və müsəlman xalqlarına qarşı törətdiyi çoxsaylı cinayət hadisələrinidən danışaraq, eyni zamanda ötən əsrin 1915-ci ilndə Andronikin rəhbərlik etdiyi ermənilərin də Böyük Britaniyanın dəstəyi ilə İranın Qərbi Azərbaycan vilayətində özlərinə dövlət yaratmaq məqsədi ilə Xoy, Salmas, Urmiya, Culfa və b. bölgələrdə 100000 artıq insanı qətlə yetirərək, soyqırım həyata keçirdiklərini, yerli əhalinin böyük itkilər verməsinə baxmayaraq, öz məqsədlərinə nail ola bilmədiyini ,bu hadisələr haqqında İranın arxivlərində lazımınca sənədlər mövcud olduğunu bildirdi.

Səfir 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı Fərmanın böyük tarixi əhəmiyyətini vurğulayaraq, onun xalqımızın milli şüurunda və özünüdərketməsində mühüm rol oynadığını qeyd etdi.

Sonra 31 mart hadisələrini əks etdirən və yerli KİV-də dərc edilən məqalə tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

Düşənbədə 31 mart Azərbaycanlıların Soyqırımına həsr edilmiş tədbir keçirilib
Düşənbədə 31 mart Azərbaycanlıların Soyqırımına həsr edilmiş tədbir keçirilib
Düşənbədə 31 mart Azərbaycanlıların Soyqırımına həsr edilmiş tədbir keçirilib
Düşənbədə 31 mart Azərbaycanlıların Soyqırımına həsr edilmiş tədbir keçirilib
Düşənbədə 31 mart Azərbaycanlıların Soyqırımına həsr edilmiş tədbir keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar