Xəbər lenti
“Təəssüf ki, Azərbaycanda çoxları qadına şəxsi əmlakı kimi baxır”
Azərbaycanda münaqişəli ailələrin sayı artıb. 2015-ci ildə 3705, ötən il isə 4114 münaqişəli ailə qeydiyyata götürülüb. Bu barədə virtualaz.org saytına Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib.
A.Veysəlovanın sözlərinə görə, ötən il Bakıda 711 münaqişəli ailə qeydiyyata götürülüb. “Münaqişəli ailələrlə iş aparılır, eyni zamanda, münaqişəni yaradan səbəblər araşdırılır. Həmçinin boşanmaların səbəbləri öyrənilir. Sosial və maddi problemlər ailədaxili zorakılığın səbəbləri arasında 8 və ya 9-cu yerdə dayanır”, - Veysəlova əlavə edib.
Baş məsləhətçinin sözlərinə görə, tərəflərin öz məsuliyyətini dərk etməməsi, zərərli vərdişlər, tənbəllik də münaqişələrin yaranmasına və ya ailənin dağılmasına səbəb olur: “Bəzən valideynlər övladlarını zərərli vərdişlərdən yayındırmaq üçün evləndirirlər. Məsələn, oğlu narkotik və alkoqoldan əziyyət çəkən ana onu evləndirməklə zərərli vərdişlərdən yayındıracağını düşünür. Halbuki bu, problemin həlli deyil”.
Ailədaxili münaqişələrdən daha çox qadınlar zərər çəkirlər. Ötən il qadınlara qarşı 2221 cinayət faktı qeydə alınıb. Qısqanclıq və ailə münaqişəsi nəticəsində 821 cinayət baş verib. “Zorakılıq ailədə birinin digəri üzərində öz iradəsini həyata keçirməsidir. Məişət zorakılığına ən çox qadın və uşaqlar məruz qalırlar. Təəssüf ki, çoxları qadına və ya uşağa şəxsi əmlakı kimi baxır. Bu da sonunda fiziki zorakılığa səbəb olur”, - Veysəlova söyləyib.
Münaqişəli ailələr boşanmış, zorakılıq faktları qeydə alınan, problemli ailələr hesab edilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar