Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Ziya Məmmədovun oğlu ticarət mərkəzini satdı - 90 faiz endirim

Tarix: 29-03-2017 17:35     Baxış: 3502 A- / A+
Ziya Məmmədovun oğlu ticarət mərkəzini satdı


Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ona məxsus ticarət mərkəzini satıb.

Azevronyus.com xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalında yerləşən "Baku Outlet Park” ticarət mərkəzi əl dəyişib.

Ticarət mərkəzində çalışanların verdiyi məlumata görə, keçən həftə satılan ticarət mərkəzinin yeni sahibinin adı hələ ki, gizli saxlanılır. Ticarət mərkəzinin sahibi təhvil-təslim üçün gəlsə də, onu görə bilməyiblər:

"Anar Məmmədovun özünü görmədik, amma nümayəndəsi Fəxrəddin müəllim ofisdə idi. Onlar mağazaları gəzib bəzi məlumatları yazdılar. Burda qonşuluqda bəzi mağazalar var ki, onlar neçə aydır icarə haqqını verə bilmir. Onlara deyiblər ki, narahat olmayın, bütün mağazaların borcları sıfırlanacaq. Açığı buna çox sevindik”.

Məlumatı verən satıcı deyir ki, "Baku Outlet Park” ticarət mərkəzində alver çoxdan ölüb:

"Yerpulunun baha olması istər-istəməz mallara da təsirini göstərirdi. Ümidimiz buranın yeni sahibinədir. Buradan yüzlərlə insan evinə çörək aparır. Biz nə istəyirik? Əl-ələ verib dolanaq”.

Qeyd edək ki, Bakı avtovağzal kompleksindəki "Outlet Park” 2011-ci ildə fəaliyyətə başlayıb.

Ticarət mərkəzindən verilən məlumata görə, 8500 kvadrat metr ərazidə fəaliyyət göstərən "Zara”, "H&M”, "Pull&bear”, "Bershka”, "Stradivarius”, "Adidas”, "Nike”, "Reebok”, "Puma” və s. markaların geyim və ayaqqabıları il boyu böyük endirimlə müştərilərə təqdim olunur.

Məlumat üçün bildirək ki, XX əsrin 70-ci illərində ABŞ-da yaranan və 90-ci illərin sonunda məşhurluğun zirvəsinə çatan "Outlet” mərkəzlər inkişaf etmiş ölkələrdə ildən-ilə daha da genişlənir. Son ildə belə mərkəzlərdə satışların həcmi 52% artıb. Bir qayda olaraq, belə dükanlarda ötən mövsümlərin modelləri satılır. Beləliklə, tanınmış brendlərin mallarını bəzən hətta 90%-ə çatan endirimlərlə əldə etmək olur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar