Xəbər lenti
Bankir: Gələcəkdə sahibkarlar üçün ödəniş xidmətləri daha ucuz olacaq

Gələcəkdə kiçik və orta biznes subyektləri üçün ödəniş xidmətləri daha sürətli və ucuz olacaq.
Manevr.az xəbər verir ki, bunu “Yelo Bank”ın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, kiçik və orta sahibkarlar üçün texnologiyanın özündən daha vacib olan vəsaitin hesaba köçürülmə sürəti və komissiya xərcləridir.
Nağdsız ödənişlərin genişlənməsi banklara sahibkarların biznes strukturu, müştəri davranışları və mövsümi xüsusiyyətləri barədə daha çox məlumat əldə etməyə imkan verir.
Bu məlumatlar əsasında banklar kredit skorinqi modellərini təkmilləşdirə və sahibkarlara bizneslərinin inkişafı üçün uyğun maliyyə məhsulları təqdim edə bilərlər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























