Sizin Reklam Burada
Xəbər lenti
26-11-2025
25-11-2025
BÜTÜN XƏBƏRLƏR

Mehdiyevə görə böyük “təmizlik”: Milli Məclis buraxılır, icralar ləğv edilir, lakin…

Tarix: 04-11-2025 21:10     Baxış: 362 A- / A+
Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin istintaqı çərçivəsində ictimai və siyasi sferada Milli Məclisin buraxılması, həmçinin yerli icra hakimiyyətlərinin ləğvi məsələsi ciddi müzakirə olunur.

Məlumata görə, dövlət çevrilişinə cəhddə ittiham olunan Mehdiyevin parlamentdə, eyni zamanda dövlət qurumları və icra orqanlarında dəstəkçiləri var. Vaxtilə məhz onun təyin etdiyi kadrların bu gün hələ də yüksək vəzifələrdə çalışdığı deyilir. Bu səbəbdən də ölkə daxilindəki təsir imkanlarının tamamilə aradam qalxmadığı güman edilir.

Parlamentin buraxılması hazırkı vəziyyətdə dövlət üçün nə dərəcədə prioritet hesab edilir?

Politoloq Qabil Hüseynli bildirib ki, Milli Məclisin buraxılması və yerli icra hakimiyyətlərinin ləğvi dövlətin qərar verəcəyi məsələdir:

“Ramiz Mehdiyev mövzusu ətrafında müzakirələrin davam etməsi fonunda fərqli versiyaların və detalların ortaya çıxması təbiidir. Hazırda araşdırmalar gedir. Onun “Dövlət Şurası” ideyası üçün nəzərdə tutduğu 50 nəfərlik siyahısında adı keçən şəxslərin kimliyi yəqin ki, tam açıqlanacaq. Lakin bunun nə zaman baş verəcəyini demək çətindir. Onsuz da bəzi adlar ictimaiyyətə məlumdur.
1671105283 qabil huseynliMilli Məclis və yerli icra hakimiyyətlərində ona sadiq kadrların olması mümkündür, lakin konkret ad çəkmək indilikdə çətindir. Bəzən gözlənilməz şəxslərin adı hallana bilər. Hesab edirəm ki, ən düzgün addım dövlətin araşdırma aparması və gördüyü tədbirlərdir”.

Politoloq Turab Rzayev isə deyib ki, dövlət idarəçiliyinin təşkili və kadr siyasəti yeni təyinatlar baxımından üç əsas istiqamətdə aparılmalıdır

“Birincisi, ümumiyyətlə, sistem yenidən qurulmalıdır. İcra başçıları institutu özünü doğrultmur. SSRİ dövründə rayon partiya təşkilatları vardı və icra hakimiyyəti anlayışı da, əslində onun davamıdır. Buna alternativ olaraq Türkiyədəki vali sisteminə bənzər şəkildə prezidentin xüsusi nümayəndəlikləri yaradılmalıdır. Bu model bir müddətdir Qarabağda və Naxçıvanda tətbiq olunur. Hesab edirəm ki, eyni sistem bütün ölkə ərazisində formalaşdırılmalıdır.

İkincisi, söhbət təkcə regionların idarə olunmasından yox, şəhər və qəsəbələrin idarə edilməsindən də gedir. Əslində, bələdiyyə sistemi gücləndirilməli, hesabatlılıq artırılmalı və vətəndaşların özünüidarəetmədə iştirakı genişləndirilməlidir.

Üçüncüsü, parlamentdə ümumi təmsilçilərin sayı artırılmalıdır. Hesab edirəm ki, burada da bölgələr üzrə cəmiyyətin real nümayəndələri seçilməlidir. Ona görə də bu üç istiqamətdə paralel islahatların həyata keçirilməsi zəruridir”.
Turab rzayev 2 e1755852093568 900x575 1
Turab Rzayev

Politoloq qeyd edib ki, SSRİ dağıldıqdan sonra keçmiş kadrlarla bağlı zəruri araşdırmalar aparılmadığı üçün onlar yeni sistemdə də təmsil olunmağa davam ediblər:

“Bu səbəbdən köhnə kadrlar sanki SSRİ hələ mövcuddurmuş kimi davranır və idarəetmə sistemini də həmin istiqamətə yönəldirlər. Halbuki, yeni dövrün reallıqlarına uyğun kadrlar təyin edilməlidir. Bizə yeni dünyaya yeni baxışla yanaşa bilən müasir kadrlar lazımdır.

Məsələn, bəzi ölkələrdə, o cümlədən Albaniyada süni intellektə belə idarəetmə proseslərində rol verilir. Bizdə isə hələ də köhnə bürokratik yanaşmalar davam edir.

Məncə, ən vacib məsələlərdən biri də kadrların eyni vəzifədə uzun müddət qalmamasıdır. Çünki bu halda həmin şəxslər vəzifəyə arxayınlaşır və yenilik etmək istəklərini itirirlər”. 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar