Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın Hindistandan tozsoran alışı, demək olar, 200 dəfə artıb

Tarix: 15-01-2025 10:35     Baxış: 4100 A- / A+


Ötən ilin yanvar – oktyabr aylarında Rusiyanın Hindistandan tozsoran alışı rekord həddə – 3,86 milyon dollar səviyyəsinə çatıb.
“RİA Novosti” xəbər verir ki, bu, Hindistanın Statistika və Proqramların İcrası Nazirliyinin məlumatlarından bəlli olub.
Göstəricilərə görə, alışlar öncəki ilin eyni dövrü ilə müqayisədə 193 dəfə artıb.
“Bununla yanaşı, tozsoran elektrik cihazları və avadanlıqları arasında 2023-cü illə müqayisədə əhəmiyyətli müsbət dinamika göstərən yeganə məhsul olmayıb”, – agentlik qeyd edib. Belə ki, Hindistandan elektrik generatorları üçün hissələr və mexanizmlər idxalı altı dəfə artaraq 4,21 milyon dollara, akkumulyator təchizatı iki dəfə artaraq 10,32 milyon dollara, elektrik üzqırxanları və saç kəsmə maşınları 19 dəfə artaraq 1,14 milyon dollara, elektrik su qızdırıcıları beş dəfə artaraq 11,25 milyon dollara çatıb.
Qeyd edək ki, Hindistandan rekord məbləğdə tozsoran alışı Rusiyanın Qərb sanksiyalarından yan keçmək və qərb istehsalı olan malları üçüncü ölkələr vasitəsilə əldə etmək cəhdinin göstəricisi ola bilər. Analitiklərə görə, Hindistan kimi üçüncü ölkələr vasitəsilə mallar Rusiya bazarına daxil ola bilər ki, bu da məhdudiyyətlərin təsirini minimuma endirməyə imkan verir.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar