Sizin Reklam Burada
Xəbər lenti
06-06-2026
05-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azovda yaralanan vətəndaşların vəziyyəti yaxşıdır -XİN

Tarix: 07-06-2026 15:41     Baxış: 324 A- / A+
XİN: Azov dənizində yaralanan Azərbaycan vətəndaşlarının vəziyyəti yaxşıdır
Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür.
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici işlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində Azərbaycan vətəndaşlarının həlak olduğu və xəsarət alması xəbərindən dərhal sonra Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları dərhal əraziyə yola düşüblər.
Səfirliyin Konsulluq bölməsinin əməkdaşları hazırda Yeysk şəhərindədir və yaralanmış, habelə xilas edilmiş Azərbaycan vətəndaşlarının yanında olaraq müvafiq konsulluq dəstəyi göstərirlər.
XİN-in məlumatda vurğuanıb ki, yaralıların vəziyyəti yaxşıdır, bir neçəsinin qısa müddətdə xəstəxanadan buraxılması nəzərdə tutulur.
Rusiyanın aidiyyəti qurumları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və digər zəruri tədbirlər davam etdirilir.
Bildirilib ki, eyni zamanda, Xarici İşlər Nazirliyi məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti qurumlarla sıx əlaqələndirmə işləri aparır.
Həlak olan şəxslərin kimlikləri, onların cənazələrinin Azərbaycana gətirilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar