Xəbər lenti
Ağır yaralansa da, döyüşlərə qayıtdı: Aylarla komada qalan Hüseyn Mustafayev
Torpaq uğrunda gözünü belə qırpmadan var gücü ilə düşmənə qan udduran İkinci Qarabağ müharibəsi qazisi Hüseyn Mustafayevin evindən reportaj hazırlayıb.
Hüseyn Mustafayev 12 il Xüsusi Təyinatlı Qüvvələrdə qürurla çalışıb, Vətən müharibəsinin ilk günündən ön cəbhədə vuruşub.
Döyüşlərin ikinci günündə kəllə-beyin travması alan qazi müalicə olunaraq yenidən döyüşlərə qatılıb. Qəhrəmanımız Şuşanın azad olunması əməliyyatı zamanı minaatan mərmisinin partlaması nəticəsində ağır yaralanıb və 4 ay komada qalıb. Bədbəxt hadisənin üzərindən 4 il keçməsinə baxmayaraq, Hüseyn hələ də sağlamlığına qovuşa bilməyib. Qazinin atası İslam Mustafayevin sözlərinə görə, oğlunun ən böyük arzusu Zəfər paradında iştirak etmək olub:
"Hüseyn üçün Zəfər anadan, atadan, baladan üstün idi. Yaralanandan sonra bütün gün həkiminə yalvarırdı ki, məni tez əməliyyat edin, Zəfər paradına hazırlaşmalıyam". oxu.az

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar