Sizin Reklam Burada
Xəbər lenti
01-11-2024
31-10-2024
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan Özgür Özəl və Əkrəm İmamoğlunu məhkəməyə verdi

Tarix: 01-11-2024 23:21     Baxış: 319 A- / A+
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl və onu təmsil edən İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunu ünvanına təhqiramiz ifadələrə görə məhkəməyə verib.

Ərdoğanın vəkili Əhməd Özel prezidentin mənəvi təzminat olaraq hər birindən 1 milyon türk lirəsi (29 min dollar) tələb etdiyini deyib.

İddialara səbəb oktyabrın 31-də İstanbulda keçirilən mitinqdə müxalifət nümayəndələrinin Esenyurt yerli bələdiyyəsinin başçısı Ahmet Özerin terror fəaliyyətində ittiham edilərək həbs olunması ilə bağlı Ərdoğana qarşı açıqlamaları olub. O, CHP üzvüdür.

Esenyurt bələdiyyəsinin rəhbəri oktyabrın 30-da prokurorluğun sifarişi əsasında saxlanılıb. İddialara görə, hüquq-mühafizə orqanlarında onun Kürdüstan Fəhlə Partiyası (PKK, Türkiyədə qadağan olunan terror təşkilatı) rəhbərliyinin nümayəndələri ilə çoxsaylı telefon danışıqları barədə məlumatlar var. Həmin gün o, Cinayət Məcəlləsinin “Silahlı terror təşkilatı PKK-nın fəaliyyətində iştirak etmə” maddəsi ilə məhkəmə tərəfindən həbs edilərək vəzifəsindən uzaqlaşdırılıb.

Oktyabrın 31-də CHP-nin çağırışı ilə İstanbulun ən böyük bələdiyyəsinin başçısına dəstək aksiyası keçirilib. musavat.com

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar