Xəbər lenti
Azərbaycanda yeni evlənən cütlüklərə birdəfəlik müavinət verilə bilər
Sosioloq Üzeyir Şəfiyev bildirib ki, belə addımın atılmağının real olmadığını, bunun əvəzinə gənc ailələr dəstək olmaq üçün başqa addımların atıla biləcəyini qeyd etdi:
"Yeni evlənən cütlüklərə 500 manat civarında birdəfəlik müavinətin verilməsi bağlı təşəbbüs ağlabatan və real görsənmir. Ona görə ki, biz sözügedən məsələyə bir qədər rasional yanaşmalıyıq. Biz belə bir təşəbbüsdənsə fikirləşməliyik ki, gənclər arasında işsizliyi azaldaq, onların məşğulluq məsələlərini həll edək və mənzil-məişət şəraitinin əlçatarlığını təmin etməyə çalışaq. Yeni ailə qurmuş gənclər üçün qardaş Türkiyə Respublikasında olduğu kimi gənc ailələrə dəstək fondu yaradıla bilər. Mənzili olmayan gənclər faizsiz kreditlər götürə bilər və Türkiyədə olduğu kimi 4 ildən sonra hissə-hissə bunu güzəştli şərtlərlə ödəmək imkanına malik ola bilər. O ki, qaldı yeni ailə qurmuş gənclərə bəlli miqdarda birdəfəlik müavinətin verilməsi, bunu real saymıram. Əlbəttə, hər iki valideyinin itirmiş və ya valideyin himayəsindən məhrum gənclərin ailə qurmasına dəstək vermək olar. Ancaq bu işdə təkcə dövlət yox, həm də xeyriyəçi insanların da dəstəyinə ehtiyac var. Lap əvvədən Azərbaycanda belə bir ənənə olub ki, kimsəsiz və valideyin himayəsindən məhrum insanlara, xalqın və imkanlı şəxslər dəstək olublar. Güman edirəm ki, gənc ailələr çətinliklərin aradan qaldırılması üçün sosial dəstək layihələri ilə əhatələnə bilər. Yəni, bu sosial dəstək layihələri region gənclərinə pay torpaq verilməsi ilə bağlı ola bilər ki, onlar paytaxta axın etməsinlər. Bununla yanaşı orada şəhərə nisbətən daha əlçatan faizlərlə ipoteka kreditləri verilə bilər. Düzdü Azərbaycanda güzəştli mənzillər fondu var və gənclərin müəyyən bir kateqoriyasını əhatə edir. Daha yaxşı olar ki, bu kateqoriyaya daha çox sayda, eyni zamanda yeni ailə qurmuş gəncləri də əhatə etsin. Belə tipli addımlar atmaq olar, nəinki, yeni ailə qurmuş gənclərin hamısına birdəfəlik müavinətin verilməsi".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar