Xəbər lenti
Hərbçimiz özünü öldürdü - Cinayət işi açıldı
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Gözəlov Novruz Fikrət oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.
Bu barədə Manevr.az-a hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.Onun sözlərinə görə, daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq zəruri istintaq hərəkətləri həyata keçirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar