Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan azərbaycanlıları Xankəndi və Ağdamda olublar - ŞƏKİL

Tarix: 18-10-2024 17:53     Baxış: 358 A- / A+

Ötən gün Şuşa ilə tanış olan Gürcüstan azərbaycanlılarının bir qrupu bu gün Xankəndi və Ağdama səfər ediblər.
Manevr.az xəbər verir ki, qonaqlar günün birinci yarısında Xankəndi şəhərini gəziblər. Onlara şəhər haqqında, eləcə də burada həyata keçirilən tikinti-quruculuq işləri barədə məlumat verilib.
Qonaqlar, həmçinin Qarabağ Universitetinə gəlib, yaradılan şəraitlə tanış olub, tələbələrlə görüşüblər.
Günün ikinci yarısında Ağdama gələn qonaqlar Cümə məscidini ziyarət ediblər. Məlumat verilib ki, 1868-1870-ci illərdə inşa edilən məscid 30 illik erməni işğalı zamanı digər tarixi-dini abidələr kimi erməni vandalizminə məruz qalıb, düşmən bu məsciddə mal-qara saxlayıb. Ağdam şəhəri işğaldan azad edildikdən sonra məscid Azərbaycan dövləti tərəfindən bərpa olunub.
Gürcüstan azərbaycanlıları Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına da baxıblar. Bildirilib ki, işğala qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən biri olub. Lakin işğal zamanı Ağdam yerlə-yeksan edilərək xarabalığa çevrilib. İşğaldan azad edildikdən sonra Ağdamda da geniş tikinti-quruculuq işlərinə start verilib. Hazırda şəhər mərkəzi ilə yanaşı, bir neçə kənddə də tikinti işləri aparılır və yaxın zamanlarda əhalinin Ağdama qayıdışı təmin olunacaq.
Qeyd edək ki, Gürcüstan azərbaycanlılarının işğaldan azad olunan ərazilərə səfəri üç qrup olmaqla, altı gün ərzində həyata keçiriləcək. (AZƏRTAC)





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar