Sizin Reklam Burada
Xəbər lenti
20-12-2024
19-12-2024
BÜTÜN XƏBƏRLƏR

Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub

Tarix: 10-10-2024 22:58     Baxış: 363 A- / A+

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamdan irəli gələrək hazırlanmış tədbirlər planına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının qərarı ilə “Məhəmməd Füzulinin həyat və yaradıcılığının ümumtəhsil məktəblərində tədrisinə dair” adlı dərs vəsaiti nəşr olunub.

Manevr.az bildirir ki, yeni nəşrin həmmüəllifləri görkəmli füzulişünas filologiya elmləri doktoru, professor Lalə Əlizadə və tanınmış ədəbiyyatşünas filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfzadədir. Kitabın elmi redaktoru və ön söz müəllifi Azərbaycan Dövlət Pedaqoji Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Beynəlxalq Elmlər Akademiyasının, Dünya “Söz” Akademiyasının və Turan Elmlər Akademiyasının akademiki Mahirə Hüseynovadır. Rəyçiləri Beynəlxalq Elmlər Akademiyasının akademiki, fillologiya elmləri doktoru, professor Vüqar Əhməd, ADPU-nun Filologiya fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova və Xaçmaz şəhər A.Səlimov adına 7 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Cəlilovadır.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığının ümumtəhsil məktəblərində tədrisinin üsul və vasitələrinin araşdırıldığı bu kitab ali məktəblərin filologiya fakültəsində Ədəbiyyatın tədrisi metodikası fənni üzrə dərs vəsaiti və ümumtəhsil məktəblərinin VIII və X siniflərində Ədəbiyyat fənninin tədrisi zamanı müəllimlərin işini asanlaşdırmaq üçün nəzərdə tutulan metodiki vəsait kimi hazırlanmışdır. “Elm və təhsil” nəşriyyatında işıq üzü görən dərs vəsaitində Məhəmməd Füzuli irsinə müasir pedaqoji yanaşma, ümumtəhsil məktəblərində şairin əsərlərinin tədrisinə dair metodik vəsaitlərin hazırlanması və ondan istifadə texnologiyaları, ümumtəhsil məktəblərinin aşağı siniflərində Füzuli yaradıcılığına müraciət kimi aktual məsələlər müzakirə predmetinə çevrilmişdir.
Qeyd edək ki, kitabın üz qabığındakı Füzuli portretinin müəllifi Xalq rəssamı Əzim Əzimzadədir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar