Xəbər lenti
Rusiyada 15 yaşlı qız şahmata görə özünü öldürdü
Məlumata görə, qız atası ilə şahmat oyunu zamanı uduzub, bundan inciyib və ağlamağa başlayıb. Bu zaman atası əsəbiləşib və ona masanı tərk etməsini, bir daha onunla oynamayacağını deyib.
Ardınca anası da qıza səslənib.
"Ondansa ev tapşırıqları ilə məşğul ol, hələ imtahan verəcəksən", - deyə anası bildirib və daha sonra əri ilə şahmat oynamağa gedib.
Qız otağına qaçaraq qapını kilidləyib.
Bir müddət sonra qadın mənzilin qəfildən soyuduğunu hiss edib və küləyin haradan əsdiyini yoxlamağa gedib.
Qızın otağına girib və uşağın orada olmadığını, amma pəncərənin açıq olduğunu görüb. Küçəyə baxdıqda qızının cəsədini görüb.
Bildirilir ki, məktəbli qız yetkinlik yaşına çatmayanlarla iş şöbəsində, psixiatrda və ya narkoloqda qeydiyyatda olmayıb, siqaret və alkoqol istifadəçisi olmayıb, nümunəvi şagird olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə ilə bağlı "Özünü öldürmə həddinə çatdırma" maddəsi ilə iş açılıb. oxu.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar