İndi süni mayalanmaya tələbatın geniş yayıldığı dövrdür. Bu da özü ilə birgə müxtəlif problemlərə səbəb olur. Əsasən də donorla süni mayalanma nəticəsində övlad sahibi olan ailələrdə zaman keçdikcə münaqişələr baş qaldırmağa başlayır.
Bioloji ata olmadığını öyrənib boşanmaq istəyənlər...
Xəbər lenti
Süni mayalanmanın yaratdığı PROBLEM - Bioloji ata olmayanlar aliment ödəməlidirlər?
İddia edir ki, həyat yoldaşı onun razılığını almadan bunu edib və gizlədib. Bunu öyrənən kişi uşağa aliment verməkdən də imtina edib. Amma məhkəmə bu tələbi rədd edib və onun razılığı olmadan xəstəxananın belə bir addım ata bilməyəcəyini bildirib. Həmçinin qeyd olunub ki, kişi donorla süni mayalanma nəticəsində övlad sahibi olduğunu bilmədiyini, aldadıldığını sübut etməlidir. Nəticədə kişi aliment ödəməyə məcbur olub.
Bioloji ata olmasa da, aliment ödəməlidirmi?
Manevr.az xəbər verir ki, vəkil Ruslan Vəliyev Bizim.media-ya bu məsələnin hüquqi tərəflərini izah edib. O deyib ki, istənilən halda süni mayalanmada ərin və arvadın razılığı alınır:
"Uşaq doğulandan sonra isə ona şəhadətnamə verilir, orada ata kimi ər qeyd olunur. Bu səbəbdən də ər bioloji ata olmasa da, uşağına aliment ödəməlidir".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar