Sizin Reklam Burada
Xəbər lenti
20-12-2024
19-12-2024
BÜTÜN XƏBƏRLƏR

İmişli İcra Hakimiyyəti yolu fantastik qiymətə çəkmək istədi

Tarix: 08-10-2024 22:12     Baxış: 358 A- / A+
İmişli rayon icra hakimiyyətinin tenderlə bağlı problemləri bitmir. Artıq son bir ayda rayonun keçirmək istədiyi bir neçə tender uyğunsuzluqlara görə ləğv edilib.

Rayon icra hakimiyyətinin büdcədənkənar (xüsusi) vəsait hesabına şəhid ailələrinin yaşadığı və şəhid adı verilmiş küçələrdə yolların əsaslı təmiri adı altında şişirtmə rəqəmlərlə elan etdiyi tender də eyni aqibəti yaşayıb.

İmişli rayon icra hakimiyyəti bu məqsədlə, yəni şəhid ailələrinin yaşadığı və şəhid adı verilmiş küçələrdə yolların əsaslı təmiri üçün 500.665,74 manat pul ayırmağı nəzərdə tuturmuş.

Lakin ölkə başçısının Sərəncamı ilə yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məsələyə müdaxilə edərək rayon icra hakimiyyətinin növbəti qanunsuz əməlinə mane olub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən İmişli rayon icra hakimiyyəti ilə bağlı 03 oktyabr 2024-cü il tarixində AİBNDX/SQ-9917/2024 nömrəli qərar qəbul edilib. Məhz həmin qərarda İmişli İH-nin qiymətləri bilərkdən məqsədli şəkildə şişirtdiyi, xərcləri həddən artıq böyütdüyü qeyd olunub.

İmişli İH-nin bundan öncə elan etdiyi tender də məhz eyni uyğunsuzluqlara görə ləğv edilmişdi. Həmin tenderdə İmişli şəhərinin küçələrinin abadlaşdırılmasını nəzərdə tutan xərclər həddindən artıq şişirdilmiş formada göstərilmişdi.

Hüquqşünas Əkrəm Həsənov hesab edir ki, Dövlət Satınalmalarının böyük hissəsində korrupsiyaya rast gəlinməsi hər kəsə məlumdur:
“Burada qiymətləri şişirdib işləri daha çox özlərinə yaxın şirkətlərə həvalə edirlər. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi effektiv fəaliyyət ortaya qoymalıdır. Çünki bu məsələyə sistemli yanaşmaq lazımdır. "Dövlət Satınalmaları Haqqında" Qanuna görə, illik satınalma planları, proqnozları Dövlət Satınalmaları portalında yerləşdirilməlidir. Sözsüz ki, belə olmur.

İl ərzində hansı dövlət qurumu nə alacaqsa, həmin portalda qeyd olunmalıdır. Bununla bağlı orqanın özü tərəfindən də heç bir tədbir görülmür. Ona görə də, prosesə məhz buradan başlamaq lazımdır. Satınalma elan edildikdən, tender keçirilib nəticəsi açıqlandıqdan sonra addım atmaqla effektivliyə nail olmaq çətindir. Şəffaflığa elə buradan başlamaq lazımdır”.

Əkrəm Həsənova görə, icra hakimiyyəti tenderi keçirəcəyi ilə əlaqədar ilin əvvəlində Dövlət Satınalmaları ilə bağlı mövcud portalda həmin məlumatları yerləşdirməli idi:

“Beləliklə, İmişli İcra Hakimiyyətinin görəcəyi işlə bağlı konkret informasiya əldə etmək olardı. Amma icra hakimiyyəti bunu etməyib. Eyni zamanda keçirilən tender şəffaf olmalı, maraqlı şirkətlərin iştirakı təmin olunmalıdır. Daha sonra tenderin nəticəsi elan edilməlidir. Hesab edirəm ki, hər bir dövlət qurumunun büdcəsinin şəffaf olması vacib məsələdir”. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar