Sizin Reklam Burada
Xəbər lenti
29-10-2024
28-10-2024
BÜTÜN XƏBƏRLƏR

"Manevr.az" 8 yaşında - YALNIZ İRƏLİ!

Tarix: 01-08-2024 10:00     Baxış: 3435 A- / A+
Hər işin başlanğıc nöqtəsi məqsəddir. Məqsəd varsa, məram da var. Məram isə müəyyən bir hədəfə  hesablanmış amildir. Əslində amaldır. Qarşına qoyduğun məqsədlə qət etdiyin yolda məramına yetmək, məqamına ucalmaq, hədəfinə çatmaq çalışqanlıq, əmək, zəhmət  tələb edir.

Biz də illər əvvəl, daha dəqiq, 2016-cı ilin avqust ayının 1-də  "Manevr.az" olaraq, çətin və məsuliyyətli işə başladıq. Həm də heç bir maddi kömək olmadan və az tərkibli kollektivlə. Çalışdıq, əmək sərf etdik, əziyyətlərə qatlaşdıq. Təbii ki, məqsədimiz  öz yolumuzla irəliləmək, operativliyi qorumaq,  doğru xəbər çatdırmaq, dürüst və  ədalətli olmaq naminə oxucu məmnunluğu qazanmaq idi. Artıq 8 yaşındayıq. Bu 8 ildə yolumuza daş qoyanlar da oldu, haqsızlığa da uğradıq. Amma sözümüzü tərk etmədik. Əksinə, daha da gücləndik. Uğurlar da qazandıq. Təkcə xəbərlə kifayətləmədik. Cəmiyyətdə baş verən neqativ halları ictimailəşdirməklə, bəzi problemlərin aradan qalxmasına nail olduq.

Ünvanımıza gələn müxtəlif problemlərin qabardıldığı  çoxsaylı şikayət məktublarını araşdıraraq, yayınlamaqla özbaşınalıqlara qarşı sərt mövqeyimizi bildirməkdən çəkinmədik. Ölkəmizdə, eləcə də dünyada baş verən hadisə və olaylardan xəbərdar oldu oxucular sayəmizdə. İşimiz bununla bitmədi. Müxtəlif mövzulu publisistik yazılara, məqalə və mətnlərə də yer verdik səhifəmizdə. Müəllif- oxucu  ünsiyyətinin təminatçısı olduq. İlk yaradıcı addımlarını atan gənc yazarlara "yaşıl işıq" yandırdıq. Özlərini ifadə etmək, imzalarını tanıtmaq üçün şərait yaratdıq.

İnanırıq ki, bu 8 ildə bizimlə əməkdaşlıq edən müəlliflər, həmçinin oxucular işimizdən məmnundurlar. Saytların çoxluq təşkil etdiyi mətbu aləmdə 8 il "ömür yaşamaq", üstəlik tanınmaq, hədəfə doğru irəliləmək səbr, dözüm və məsuliyyət tələb edir. Məsuliyyətli olduq ki, çətinliklərə rəğmən işimizin öhdəsindən gələ bildik. Tanındıq, adımız, işimiz  göründü. 8 il rəqəm kimi elə də böyük görünməyə bilər. Hələ uşaq yaşı da deyə bilərik. Amma bu 8 ilə sığdırdıqlarımıza baxanda böyük bir yol keçdiyimizin fərqində olmamaq mümkün deyil.

Heç bir maddi dəstək olmadan bu çətin zamanın "damarını titmaq" asan deyil. Bizim sözə, özümüzə andımız var. "Heç bir çətinliyə yenilmək yox, yalnız irəli!" devizi ilə hədəfə çatmağa qərarlıyıq. 

8 yaşın mübarək, "Manevr.az"! Ömrün uzun, yolun açıq, uğurların bol olsun! Başda Manevr.az-ın qurucusu Namiq Dəlidağlı olmaqla, kollektivimizə və əməkdaşlarımıza bundan sonrakı illərdə də bərabər addımlamağımızı arzulayıram.

Sevinc Qərib,
AYB və AJB üzvü
Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar