Xəbər lenti
Azərbaycan-Mərkəzi Asiya ölkələri əlaqələri: Dostluq və əməkdaşlığa əsaslanan strategiya
Azərbaycan hər zaman qarşılıqlı etimada əsaslanan bərabərhüquqlu münasibətlərin formalaşmasında maraqlı olub. Ölkəmizin xarici siyasətində bu amil prioritet istiqamətlərdən birini təşkil edir. Bunun fonunda Azərbaycanın xarici əlaqələri, dostluq münasibətləri, tərəfdaşları ilə təmasları daim güclənir. Sözsüz ki, dövlətimizin regional və qlobal miqyasda artan imkanları Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatık uğurlu siyasətin açıq təzahürüdür. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmiz geopolitik mərkəz kimi qlobal siyasi güc mövqeyini formalaşdırmaqdadır. Bu baxımdan ölkəmizin xarici siyasətində Mərkəzi Asiya dövlətləri ilə əlaqələri xüsusi xarakterə malikdir.
Bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında qarşılıqlı maraqlara söykənən tarixi əlaqələr mövcuddur: “Təbii ki, qarşıdakı dövrdə bu münasibətlərin strateji tərəfdaşlığa çevrilməsi xüsusi önəm kəsb edir. Prezident İlham Əliyevin Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə ilk dəfə olaraq, fəxri qonaq qismində dəvət olunması da ölkəmizin başçısına və Azərbaycana verilən yüksək dəyərin göstəricisidir. Bu gün Azərbaycanla Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə arasında olan münasibətlər özünün ən yüksək dövrü kimi xarakterizə olunur. Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri müşahidə edilir. Bu amil türk dünyası üzvləri ilə ölkəmizin əlaqələrinin daha da denişlənməsinə xidmət edir”.
Deputat bildirib ki, ölkəmiz ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra Mərkəzi Asiya ölkələri ilə ikitərəfli və çoxtərəfli səviyyədə əlaqələr qurulub: “Bu gün əlaqələr fəal şəkildə inkişaf etdirilir. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlərin yüksələn xətlə inkişafı müşahidə edilir. SSRİ-nin tərkibində olan dövrlərdə belə Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında sıx münasibətlər olub. Bu baxımdan da Mərkəzi Asiya ölkələri ilə Azərbaycanı əsrlər boyu mövcud olmuş dostluq, həmrəylik bağları daha da yaxınlaşdırır. Sözsüz ki, bu bağlar bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün başlıca zəmin hesab olunur”.
Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə ilk dəfə olaraq iştirakı tarixi hadiəsi idi: “Azərbaycan Prezidentinin bu formatda iştirakı regional əməkdaşlığın, ölkələrin və xalqların daha da yaxınlaşmasına böyük töhfə verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan və Orta Asiya ölkələri arasında iqtisadi-siyasi münasibətlərin bugünkü geopolitik durumda əhəmiyyətini artıran məqam nəqliyyat və logistika sahəsidir. Azərbaycanın tranzit ölkə statusu günü-gündən daha da böyük əhəmiyyət kəsb edir. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir. Artıq hər kəs qəbul edir ki, tarixi İpək Yolu olaraq Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkədir”.
Aqil Məmmədov Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı ticarət dövriyyəsinin də əlaqələrə təsirinin önəmli olduğunu söyləyib: “Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. “Rəqəmsal İpək Yolu” layihəsi Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafı baxımından mühüm layihələridən biri hesab edilir. Eyni zamanda fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal iş aparılan bu layihə ölkələrimiz arasında əməkdaşlığın yeni sahələrindən biri kimi önə çıxır. Bütün bunlar Azərbaycanın regional və qlobal miqyasda artan nüfuzundan güclənən mövqeyindən xəbər verir. Ölkəmiz artıq regional güc mərkəzi kimi özünü nümayiş etdirir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Media
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar