Sizin Reklam Burada
Xəbər lenti
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Ölkəyə gətirilən maşınlar aksizdən azad oluna bilər?

Tarix: 22-12-2024 09:30     Baxış: 422 A- / A+
Ölkəyə gətirilən maşınlar aksizdən azad oluna bilər?
İqtisadiyyatın tənzimlənməsində vergi siyasətinin rolu böyükdür, xüsusən də ölkəyə gətirilən avtomobillərə vergi və rüsumların tətbiq edilməsini nümünə göstərmək olar.
Manevr.az xəbər verir ki, 25 min dollarlıq dizellə işləyən avtomobil üçün ümumilikdə 19,113.52 AZN gömrük rüsumu tələb olunur. Bu rüsumlar gömrük, ƏDV, aksiz vergisi və digər yığımları əhatə edir. Aksiz vergisi, qiymətli əşyalar və mineral xammal üzərindən tətbiq olunan dolayı vergidir, ölkəmizdə bu vergi bütün avtomobillərə, o cümlədən kənd təsərrüfatı məqsədli "pickup" tipli avtomobillərə tətbiq olunur. Lakin bu tip avtomobillər daha çox sahibkarlar tərəfindən istifadə olunur və lüks avtomobillərlə müqayisədə daha aşağı qiymətə malikdir.Türkiyədə Özel Tüketim Vergisi (ÖTV) normal avtomobillərə mühərrik gücünə əsasən 45-220%, "pickup" və mikroavtobuslara isə 1-15% arasında dəyişir. Gürcüstanda bu vergi 5-7%, Norveç, Kanada və İsveçdə isə 1-3% təşkil edir.
Azərbaycanda da bu təcrübədən faydalanmaq mümkündürmü? 
İqtisadçı Rəşad Həsənov qeyd edir ki, Azərbaycanda iki əsas yanaşma vergi və gömrük siyasətindəki təşəbbüsləri əngəlləyir. Birincisi, gömrük siyasətinin daha çox fiskal məqsədlərlə istifadə edilməsi, o cümlədən dövlət büdcəsini tənzimləmək üçün önə çıxmasıdır. Halbuki, dünya təcrübəsində gömrük siyasəti daha çox uçotun təşkili və müxtəlif siyasətlərin icrası üçün istifadə edilir. İkincisi, ölkəmizdə sahibkarlığın böyük bir hissəsi qeyri-formaldır. Son dövrlərdə sahibkarların formal fəaliyyətlərinə üstünlük verilsə də, bu sahədə hələ də tam nəticə əldə olunmayıb. Həsənov vurğulayır ki, qanunvericiliyə dəyişikliklər edilməsi və sahibkarlara güzəştlər verilməsi mümkündür.(milli.az)



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar